# EVDƏQAL
# EVDƏQAL



23 Mart
2020
20:17
815

23
Mart
20:17



Formula 1 Azərbaycan Qran-Prisi təxirə salınıb

Bu il iyunun 5-7-də Bakıda keçirilməsi planlaşdırılan Formula 1 Azərbaycan Qran-Prisi təxirə salınıb.

XeberOxu.Az-ın məlumatına görə,  AZƏRTAC "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinə istinadla xəbər verir ki, bu qərar Formula 1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası (FİA) və Azərbaycan Respublikası Hökuməti tərəfindən aparılmış birgə müzakirələr nəticəsində qəbul olunub. Həmçinin davam edən qlobal COVID-19 pandemiyası və bu xəstəliklə əlaqədar səlahiyyətli tərəflərin təqdim etdiyi mütəxəssis rəyləri sözügedən qərarı zəruri edib.

Yarışın təxirə salınmasında əsas məqsəd Azərbaycan xalqı ilə yanaşı, ölkəyə gələn Formula 1 azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığını və rifahını qorumaqdır.

Əməliyyat şirkəti avtoidman həvəskarlarının bu ilin iyununda Bakının mərkəzi küçələrində keçirilməsi nəzərdə tutulan möhtəşəm yarışı həmin tarixdə izləyə bilməyəcəklərinə görə yaşadıqları təəssüf hissini bütün səmimiyyəti ilə bölüşür və çalışır ki, Formula 1 rəhbərliyi, FİA və Azərbaycan Hökuməti ilə birlikdə Formula 1 Azərbaycan Qran-Prisinin 2020-ci il yarış cədvəlindəki yeni tarixini tezliklə dəqiqləşdirib bu haqda ictimaiyyəti məlumatlandırsın.

Yeri gəlmişkən, Formula 1 Azərbaycan Qran-Prisi üçün indiyədək alınmış biletlər keçərli sayılır və əldə olunan bütün hüquqlar yarışın yeni tarixinə olduğu kimi köçürülür. Yarışın yeni tarixi müəyyənləşəndən sonra bu günə qədər həm əməliyyat şirkətinin rəsmi vebsaytından, həm də digər kanallar vasitəsilə bilet alanlara yeni seçimlər barədə ətraflı məlumat veriləcək.

Əməliyyat şirkətinin bütün kollektivi dünyanın dörd bir yanında yeni koranavirus pandemiyası səbəbindən yaranmış çətin və gözlənilməz vəziyyətdən birbaşa və ya dolayı olaraq əziyyət çəkən hər kəsə öz xeyir-dualarını göndərir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ağdaşda karantin rejimini pozan 2 nəfər həbs edilib, 11 obyekt sahibi cərimələnib







Sosial xidmət müəssisəsində ciddi profilaktik işlər aparılır







Zakir Qaralovun səlahiyyət müddəti bitir







Məktəblər sentyabrın 15-nə qədər təxirə salınır? — RƏSMİ AÇIQLAMA


Digər İdman xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.