Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



21 Noy
2020
14:19
5082
21
Noy
14:19



Fransa Ermənistanı niyə dəstəkləyir? – POLİTOLOQ
“Fransanın XIX əsrin 30-cu illərindən başlayan tarixinə nəzər etsək, bu ölkənin tərcümeyi-halı soyqırım aktları ilə zəngindir. Fransa aparıcı dövlətlərin soyqırım reytinqində ön sıralarda durur. Heç təsadüfi deyil ki, rəsmi Paris Ermənistan kimi bir işğalçı ölkənin Xocalı soyqırımı ilə taclandırdığı işğalçı siyasətini bu gün də dəstəkləyir”. 
 Bu fikirləri XeberOxu.Az-a Politoloq Turan Rzayev bildirib.  
O qeyd edib ki, Fransanın ermənipərəst mövqeyi birbaşa Fransa prezidenti Emanuel Makronun təşəbbüsü ilə gerçəkləşir: “Makron ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında ailəvi dostluğun olduğu bütün dünyaya məlumdur. Hər iki ölkə başçısının birlikdə səmimi fotoları sosial şəbəkə üzərində geniş şəkildə paylaşılır. Digər tərəfdən isə Fransada qarşıdan prezident seçkiləri gəlir və Makron, görünür öz kreslosunu indidən möhkəmləndirməyə çalışır. Məhz bu səbəbə görə , Fransa prezidenti Erməni lobbisinin dəstəyini almaq üçün ölkəsinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq daşıdığı öhdəliyi kobudca pozur. Rəsmi Parisin ermənipərəst mövqeyi onun ATƏT-in Minsk Qrupunun həmsədri olmasına imkan tanımır”.
  Politoloq Fransanın müstəqil, suveren və güclü bir ölkə olduğunu vurğuladı.
“Bu gün heç kəs rəsmi Parisdən Ermənistana dəstək verməməsini tələb edə bilməz. Bu, onların müstəqil xarici siyasətidir. Lakin Fransa erməni siyasətini ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi apara bilməz. Bu, Fransanın mandatına ziddir. Rəsmi Paris bütün hallarda bir seçim etməlidir: ya ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxmalı, ya da bu mandat altında bitərəf qalmalıdır.  Paris şəhər meriyasının artıq mövcud olmayan “dqr” i “tanımaq” təşəbbüsü irəli sürüb. Çox gümanki bu qanun qəbul ediləcək. Lakin bu birbaşa Fransaya təsir edəcək. Rusiya prezidenti  Vladimir Putinin dediyi kimi bu qərar sadəcə kağız üzərində qalacaq”.  
  O, həmçinin Fransanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, lakin “dqr”in müstəqilliyinin tanınmasına dair qanun layihəsinin Senata təqdim edilməsi, bu ölkənin dünyaya yaydığı dəyərlərə əməl etmədiyini bir daha sübut etdiyini bildirdi. 

Şahnun Qasımova
Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Kəlbəcərin təhsil statistikası açıqlanıb







Kəlbəcəri tərk edən ermənilərin "yanmış torpaq" strategiyası AK-nın diqqətindən yayınmadı - "Europe Diplomatic"







Azərbaycan Memarlar İttifaqının üzvləri dünya mədəni irs təşkilatlarına müraciət ünvanlayıb







İnsanların COVİD-19-la bağlı qaydalara riayət etmə səviyyəsi mütəxəssisləri qane etmir - Baş infeksionist


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.