Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Sen
2019
14:21
633

02
Sen
14:21



Fransada “Mühacirlərin həyatı” kitabının təqdimatı olacaq

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” (La vie d`Émigrés) kitabı Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında fransız dilində çap olunub.

Komitədən XeberOxu.Az-a verilən məlumata görə, “Mühacirlərin həyatı” kitabında müəllifin qürbətdə keçən gənclik illəri, qardaşının Fransa üçün canından keçməsi, müharibə illərində yaşadığı çətinliklər, tanış olduğu maraqlı və o dövrün görkəmli şəxslərilə bağlı xatirələri toplanıb.

“Mühacirlərin həyatı” kitabında Timuçin Hacıbəylinin fransız filosofu, yazıçı və dramaturq Jan Pol Sartr və məşhur filosof Albert Kamyu ilə əlaqələri də geniş yer alıb.

T.Hacıbəylinin yaşadığı acılı-şirinli günlərə, keşməkeşli ömür yoluna baxmayaraq, xatirələri ailəsinə, yaşadığı ölkəyə və ana vətənə - Azərbaycana olan sevgisinin azalmadığını əks etdirir.

Kitabın redaktoru “Kəpəz” nəşriyyatının əməkdaşı Ghita Belgueddir.

Yaxın günlərdə Fransanın paytaxtı Paris şəhərində “Mühacirlərin həyatı” kitabının təqdimatı olacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az