Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
14:49
552

02
Iyul
14:49



Fuad Abbasov Rusiyada necə həbs edilib? - Özü təfərrüatı açıqlayır

Bir müddət Rusiyada həbsdə olan, sonradan azadlığa buraxılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov həbsinin təfərrüatını açıqlayıb.

XeberOxu.az-ın məlumatına görə, F.Abbasov Bakıda jurnalistlərə bildirib ki, 2019-cu il mayın 16-da ona heç bir xəbərdarlıq edilmədən saat 11-də, ev paltarında səhər yeməyi almaq üçün mağazaya gedən vaxt binanın həyətində üç nəfər mülki geyimdə hücum edib:

“Əvvəlcə düşündüm ki, mənə hücum edənlər quldurdur və müqavimət göstərdim. Onlar mənə ağır xəsarət yetirdi, küçəyə çıxdım və polis çağırdım. Bir nəfər mənə yaxınlaşdı və polisdən gəldiyini bildirib. Həmin vaxt əlimi arxaya apardılar, qandal taxıldı, sonra mikroavtobusun içinə saldılar. Məni Ximki şəhərinə gətirdilər. Orada bildirdilər ki, Rusiyada yaşamaq üçün verilən icazə müddətim bitib. Qarşıma adımdan yazılan əraziyə imza atmağımı istədilər, lakin razılaşmadım. Daha sonra Rusiyadan deportasiya olunmağıma qərar verildi”.

F.Abbasov bildirib ki, iyunun 6-da məhkəmə qərarına əsasən, o, Rusiyanı tərk etməyi könüllü olaraq özü istəyib:

“İyunun 7-də Azərbaycana gəlməyim üçün hava limanına getdim. Hava limanında naməlum şəxs tərəfindən Azərbaycana deportasiya olunmağımın da qarşısı alındı və məni təkrar təcridxanaya göndərdilər. Həmin gündən aclıq aksiyasına başladım. Daha sonra öz hesabıma bilet almağıma baxmayaraq, Azərbaycana gəlmək cəhdimin qarşısı alındı. Düşünürəm ki, Rusiya hüquq-mühafizə orqanları həbs müddətimin uzadılması üçün hətta evimdə axtarış apardılar”.

Jurnalist Rusiyada ona qarşı təzyiqlərin və deportasiya edilməsinin sifarişli olduğunu bildirib və deyib ki, Rusiyaya girişinə 50 illik qadağa qoyulub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!







Bakıda gənc oğlanı avtomobil vurub







Təhsil nazirindən yeni - TƏYİNAT







Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az