Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Iyun
2019
01:36
774

20
Iyun
01:36




Fuad Abbasov aclıq aksiyasını dayandırdı

Rusiyanın Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində 12 gündür aclıq edən azərbaycanlı jurnalist Fuad Abbasov aksiyanı dayandırıb.

XeberOxu.az” xəbər verir ki, jurnalist bu barədə özü bəyanat yayıb.

O, bu addımı səhhətində yaranan problemlərlə bağlı atdığını bildirib:

“Mən 12 gündür davam etdirdiyim aclıq aksiyasına son vermək qərarına gəldim. Bunun başlıca səbəbi ürək qan-damar sistemimdə yaranan problemlərdir. Həm saxlanıldığım mərkəzin, həm də Təcili Yardım Xidmətinin həkimləri məsləhət görürlər ki, aclıq aksiyasını dayandırım. Amma təəssüflə bildirmək istəyirəm ki, aclıq aksiyasının səbəbi olan, mənim tutulmağım, məhkəmə prosesinin qeyri-qanuni keçirilməsi, deportasiya üçün aparıldığım hava limanından geri qaytarılmağım və burada 12 gündən artıq saxlanılmağımın səbəblərini indiyə kimi mənə heç kim açıqlamayıb. Ümid edirəm ki, yaxın zamanda bu problem həll olunacaq və mən rahat bir şəkildə Vətənimiz Azərbaycana qayıda biləcəyəm".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az