07 Apr 2021
10:00
![]() |
07
Apr 10:00
![]() Gədəbəydə polis koronavirusa yoluxan sakinləri ziyarət edib Gədəbəydə koronavirus xəstələri ilə profilaktiki görüş keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Report"un Qərb mərkəzinə verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları koronavirus testinin nəticəsi pozitiv çıxan, ev şəraitində müalicə alan rayon sakinlərini ziyarət edib. Xüsusi geyimli və müəyyən edilmiş tibbi qaydalara riayət edən polis əməkdaşları ziyarət zamanı vətəndaşlarla profilaktiki söhbətlər aparıb, onlara sağalana qədər yaşayış yerlərini tərk etməmələri bildirilib. Hər hansı bir sosial və digər məsələlərlə bağlı DİN-in “102 Zəng Mərkzi” Xidmətinə və ya Gədəbəy RPŞ-yə müraciət edə biləcəkləri vurğulanıb. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bu il baş verən yol qəzaları ilə bağlı məlumat
Dələduzluğa görə həbs edilən "vəzifəli şəxs"dən xəbər var
Özünü Kürə ataraq intihar edən Yevlax sakini
Bakıda avtomobil piyadanı vurub öldürdü - FOTO
|
|