Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Sen
2019
10:00
2440

16
Sen
10:00



“Hacı Nuran heç bir yerə transfer olunmayıb”

Aparıcı Hacı Nuran Hüseynov ATV-dən Xəzər TV-yə keçid etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Xeberoxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkə hesabında status yazan aparıcı yazılanların həqiqəti əks etdirmədiyini bildirib.

“Əziz həmkarlar, hörmətli kolleqalar! Jurnalistikanın çox etik bir qanunu var: informasiya birtərəfli yazılmaz, mütləq qarşı tərəfin fikri öyrənilməlidir. Öyrənilmirsə, bu, qərəzdir. Yaşadığım bu ömür payında məninlə kiminsə qərəzi olduğunu ağlıma belə gətirməzdim. Çünki həmişə əl tutdum, kömək etdim. Xəstə yatağında belə, xalqımı düşündüm Milyonların arzusunu, istəyini nəzərə alıb, televiziya layihələri hazırladım.

Bu layihələrin hansı kanalda yayımlanması əgər kimlər üçünsə qaranlıqdırsa, deyim: istər Xəzər TV, istərsə də ATV olsun. Mənə dost, qardaş olan kanallardır və hər ikisinin qapısı həmişə mərhəmətin, xeyirxahlığın üzünə açıq olub. Bu səbəbdəndir ki, mənim “Həyat” layihəm ATV tamaşaçısının ən sevilən verilişlərindəndir.

Və düşünəndə ki, hər kanalın öz tamaşaçısı var, digər bir layihəyə doğma bir tv-də - Xəzər TV-də başlamaq qərarına gəldim. Bir az fərqli kontekstdə amma. Təklif bəyənildi və İnşallah yeni mövsümdən Xəzər TV-də də bir “Xeyir körpüsü” salınacaq. Yəni anladığınız qədər Hacı Nuran heç bir yerə transfer olunmayıb. Verilişlər hər iki kanalda gedəcək. Və sağ olsun hər iki kanal rəhbərliyi ki, məni seçim qarşısında qoymayıblar”, - Hüseynov yazıb. (Qafqazinfo)

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb







Mingəçevirdə iki minik maşını toqquşub-FOTO







Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb







Bakıda biabırçılıq - Kişi arvadını polis zabiti ilə yataqda tutdu - VİDEO/


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.