Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Sen
2019
11:28
918

17
Sen
11:28



Səudiyyə Ərəbistanında 6 yeniyetmə edam edilib
Səudiyyə Ərəbistanında son illərdə edamla cəzalandırılan şəxslərin sayı artıb. Cenevrə şəhərində fəaliyyət göstərən "Death Penalty Project" (Edam Cəzası Layihəsi) adlı təşkilatın verdiyi məlumata əsasən təkcə bu il altısı uşaq olmaqla ölkədə 134 nəfər edam olunub.
Xeberoxu.Az xəbər verir ki, insan haqlarını müdafiə edən təşkilatlar rəsmi Riyadı insan hüquqlarını pozmaqda və edam cəzalarını "necə gəldi" verməkdə ittiham edir. Ölkədə edam cəzalarının tətbiqi üsulu da geniş mübahisələrə səbəb olur. Belə ki, belə cəzalar çarmıxa çəkilərək və boyunları vurularaq da yerinə yetirilir. Daha sonra meyit parçalarının küçələrdə sərgilənməsi isə vəziyyəti daha da anormallaşdırır.
Beynəlxalq hüquqa əsasən 18 yaşından kiçiklərin edam edilməsi qadağandır. Amma Səudiyyə Ərəbistanında təkcə bu il 6 yeniyetmə edam edilib. Aralarında 3 yeniyetmənin də olduğu 24 cinayətkarın isə yaxın günlərdə edam edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, aprel ayında xalqın gözü önündə 37 nəfər birdən asılmışdı. Edam edilənlər arasında hökumətə qarşı keçirilən etiraz aksiyalarında iştirak etmiş 16 yaşlı yeniyetmə də var idi. Vəliəhd şahzadə Məhəmməd ibn Salman edam cəzalarının azaldılacağını vəd etsə də ötən il 149 nəfər bu üsulla cəzalandırılmışdı.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident Akif Əlizadəni təltif etdi







Məzahir Pənahova yeni müavin seçildi







İlham Əliyevdən Ramiz Mehdiyevlə bağlı daha bir - SƏRƏNCAM







Yeni Baş nazir bu şəxslərə yüksək vəzifə verdi


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az