Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Sen
2019
14:30
471

17
Sen
14:30



BNA: Qaydaları pozan marşrut sürücüsü işdən çıxarılıb

Bakı Nəqliyyat Agentliyi (BNA) sosial şəbəkələrdə 40 və 204 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin yol hərəkəti qaydalarını kobud pozaraq sərnişinlər və digər hərəkət iştirakçılarının həyatı üçün təhlükə yaratması ilə bağlı yayılan videonu nəzarətə götürüb.

BNA-dan XeberOxu.Az-a verilən məlumata görə, araşdırma zamanı 204 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TG-775 DQN avtobusun sürücüsünün Ələkbərov Asəf Musa olduğu müəyyən edilib. Dərhal daşıyıcı və sürücü BNA-ya çağırılaraq izahatının alınması təmin edilib. Nəqliyyat vasitəsi müvəqqəti olarq xətdən kənarlaşdırılıb. Sürücü yol verdiyi kobud qayda pozuntusuna görə daşıyıcının müvafiq əmri ilə işdən azad edilib.

40 nömrəli avtobusun DQN nörməsini görüntülərədən müəyyən edilməsi mümkün olmayıb. Hazırda digər vasitələrlə süücünün şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.

Qeyd edilir ki, sərnişindaşımada qoyulan tələblərə, o cümlədən, təhlükəsizliklə bağlı qaydalara əməl etməyənlərə qarşı ciddi tədbir görüləcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az