Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Sen
2019
15:06
615

17
Sen
15:06



Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq

Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan vilayətində səfərdədir.

Xeberoxu.Az-ın məlumatına görə, Azərbaycan nümayəndə heyətinin üzvü, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev səfər çərçivəsində Həştərxan vilayətinin rəhbəri İqor Babuşkinlə görüşüb. Görüş zamanı tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadi, sosial sahədə əlaqələrin genişləndirilməsi, eləcə də birgə gəmi təmiri və tikintisi məsələlərini müzakirə ediblər.

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Ələt limanında yeni iqtisadi zonanın yaradılması təşəbbüsü ilə çıxış edib: "Biz bu liman vasitəsilə yükdaşımaların artırılmasına xüsusi diqqət yetiririk. Çünki bu liman şimal və cənubu, eləcə də qərb və şərqi birləşdirəcək. Düşünürük ki, bu iqtisadi zona 15 milyon ton yükün daşınmasına imkan yaradacaq".

İqor Babuşkin Xəzər dənizində turizmin inkişaf etdirilməsi məsələsinə də toxunub. Bildirib ki, yaxın günlərdə Həştərxan-Bakı aviareysləri yenidən bərpa olunacaq. O, sözügedən marşrutla hərəkət edəcək təyyarə reyslərinin sayının artırılmasını da məqbul hesab edib. İqor Babuşkin, həmçinin Xəzəryanı ölkələrin turizminin inkişafı məqsədilə qarşılıqlı turist səfərlərinin təşkil edilməsini təklif edib. Bildirilib ki, artıq Həştərxanda "Böyük Pyotr" adlı gəminin tikintisi başa çatmaq üzrədir və bu gəmi vasitəsilə ediləcək səfərlər sahilyanı ölkələr arasında turizmin inkişafına təkan verəcək.

Görüşdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev İqor Babuşkini qubernator seçilməsi münasibətilə təbrik edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu İqor Babuşkinə təqdim edib. Abdin Fərzəliyev tərəflər arasında yüksək səviyyədə qurulan əməkdaşlıqdan da söhbət açıb və bu əməkdaşlığın hər ötən il inkişaf etdiyini vurğulayıb.

Qeyd edək ki, hazırda Həştərxanda "KDY Loqistika" layihəsinin həyata keçirilməsi üzərində iş gedir. Bu layihə Azərbaycan, İran, Türkiyə, Türkmənistan və Özbəkistan, eləcə də digər MDB ölkələrindən kənd təsərrüfatı məhsullarının daşınmasına imkan yaradacaq. 2018-ci ildən Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi fəaliyyət göstərir. Analoji mərkəzin cari ilin sonuna qədər Bakıda açılması üzərində iş gedir.

Bununla bağlı görüş zamanı məlumat verən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev deyib ki, 7 mərtəbədən ibarət İşgüzar Mərkəz paytaxtın mərkəzində yerləşir və ölkədəki ən iri İşgüzar Mərkəzlərdən biri olacaq.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video







Altı yaşlı qız dəm qazından ölüb







İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"







Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.