Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Sen
2019
17:45
537

17
Sen
17:45



BŞBPİ rəsmisi polis-vətəndaş həmrəyliyindən danışdı

Polisin fəaliyyətinin səmərəlilik əmsalı cəmiyyətin təhlükəsizlik səviyyəsi ilə ölçülür. Polis bu gün ölkədə daxili sabitliyin və asayişin qorunması işini uğurla davam etdirir. Təkcə cinayətin açılmasında deyil, həm də risk qrupuna daxil olan – münaqişəli ailələrin, çətin tərbiyə olunan uşaqların, narkomaniya və yol hərəkəti təhlükəsizliyinə qarşı mübarizədə profilaktika, maarifləndirmə işinin genişlənməsi ilə bağlı fəal iş aparır.

Xeberoxu.Az-ın məlumatına görə, bunu mətbuata açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, fəaliyyətin genişlənməsi və uğurlar əldə edilməsi xeyli dərəcədə polis-vətəndaş həmrəyliyindən asılıdır:

“Cəmiyyətdə müşahidə olunan sosial-neqativ problemləri aradan qaldırmaq üçün onları inkar etmək, “mənlik deyil” deyib sosial məsuliyyətdən yayınmaq nə qədər doğrudur?!

Məsuliyyət “sorğu-suala çəkmək”, “hesablaşmaq” mənasındadırsa, yaxud mənəvi öhdəlikdirsə, insan öz hərəkət və əməllərinə görə cavabdehlik daşıyır”.

E.Hacıyev diqqətə çatdırır ki, sosial məsuliyyət hər bir insanın düşüncə tərzi olmalıdır ki, cəmiyyəti narahat edən sosial-neqativ hallara qarşı mübarizədə polis-vətəndaş həmrəliyi effektiv olsun.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az