Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Sen
2019
20:16
663

17
Sen
20:16



Dövlət qulluğunda 578 vakant vəzifə var! Tələsin!

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il 17 sentyabr tarixində mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 3-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 19 dövlət orqanında 578 vakant vəzifənin tutlması üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

DİM-dən XeberOxu.Az-a verilən məlumata görə, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 17 oktyabr 2019-cu il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (452 vəzifə) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (37 vəzifə) tərəfindən təqdim olunmuşdur.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilmişdir:

1.Qida Təhlükəsizliyi Agentliyi (452 vəzifə) – AA4 altqrupu üzrə 1, AB1 altqrupu üzrə 1, AB2 altqrupu üzrə 6, AB3 altqrupu üzrə 9, AC1 altqrupu üzrə 5, AC3 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 57, BA3 altqrupu üzrə 21, BA4 altqrupu üzrə 21, BB3 altqrupu üzrə 136, BB4 altqrupu üzrə 194 vəzifə

2.Ekologiya və Təbii Sərvətlər Nazirliyi (37 vəzifə) – AC4 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 33 vəzifə

3.Maliyyə Nazirliyi (9 vəzifə) – BA4 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 7 vəzifə

4.Təhsil Nazirliyi (11 vəzifə) –BA4 altqrupu üzrə 8, BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 2

5.Şəki Ağır Cinayətlər Məhkəməsi (4 vəzifə) –BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 3 vəzifə

6.Şirvan Apelyasiya Məhkəməsi (15 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 14 vəzifə

7.Milli Televiziya və Radio Şurası (2 vəzifə) – AA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 1 vəzifə

8.Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində BA4 altqrupu üzrə 2 vəzifə

9.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (2 vəzifə) – BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 1 vəzifə

10.Lənkəran Ağır Cinayətlər Məhkəməsində BB2 altqrupu üzrə 5 vəzifə

11.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində BB4 altqrupu üzrə 8 vəzifə

12.Astara Rayon Məhkəməsində BB4 altqrupu üzrə 7 vəzifə

13.Qobustan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

14.Salyan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

15.Masallı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə

16.Hacıqabul Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə

17.Şəki Apelyasiya Məhkəməsində BA4 altqrupu üzrə 9 vəzifə

18.Yevlax Rayon Məhkəməsində BB4 altqrupu üzrə 6 vəzifə

19.Balakən Rayon Məhkəməsində BB4 altqrupu üzrə 2 vəzifə

Ümumilikdə, müsahibəyə çıxarılmış 578 vakant vəzifənin 2-si 3-cü təsnifata, 7-si 4-cü təsnifata, 92-si 5-ci təsnifata, 16-sı 6-cı təsnifata, 461-i isə 7-ci təsnifata aid olmaqla, 2-si AA, 16-sı AB, 65-i AC, 78-i BA, 414-ü isə BB vəzifə qrupuna aiddir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az