Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Sen
2019
23:23
660

17
Sen
23:23



Aİİ-də Tələbə Gənclər Təşkilatı I kurs tələbələri ilə görüş keçirib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Gənclər Təşkilatı (TGT) İlahiyyat fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirib.

Aİİ-dən XeberOxu.Az-a verilən məlumata görə, tədbirdə çıxış edən Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova Azərbaycan İlahiyyat İnstitutu Tələbə Gənclər Təşkilatı (Aİİ TGT) və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının yaranma tarixi, fəaliyyət sahəsi haqqında ətraflı məlumat verib. F.Yusifova tələbələrə təşkilatın təhsil və ictimai fəaliyyətdəki mühüm rolundan bəhs edib. Vurğulayıb ki, Aİİ TGT-nin əsas məqsədi dövlətin gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, elmi həyatında onların fəal iştirakını təmin etməkdir.

Yeni qəbul olunan tələbələrin İnstituta daha rahat uyğunlaşması məqsədilə keçirilən görüşdə F.Yusifova gənclərə təhsil müəssisəsi, tədris prosesi, ictimai işlər, faydalana biləcəkləri resurslar barədə ətraflı məlumat verib. Qeyd edib ki, ali təhsil müəssisəsində gənclərin yüksək səviyyədə təhsil almaları üçün lazımi şərait yaradılıb. Tələbələr dövlət hesabına təhsil almaqla yanaşı, ödənişsiz dərslik və geyimlə təmin olunur, pulsuz dil kurslarında iştirak etmək hüququ qazanırlar.

Daha sonra qarşıda duran vəzifələr, tələbələrin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün görülən tədbirlər haqqında söhbət açılıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az