Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Sen
2019
05:00
834

18
Sen
05:00



Mərdan Mehdiyev BDYPİ-nın Ekoloji Nəzarət Bölüyünün komandiri təyin olundu

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə yeni təyinat olub.

Bu barədə XeberOxu.Az-a açıqlamasında idarənin mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib. Onun sözlərinə görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmri ilə polis mayoru Mərdan Mehdiyev Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə təyin edilib.

M.Mehdiyev daha əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin 3-cü tağım komandiri vəzifəsində çalışıb.

Qeyd edək ki, daxili İşlər naziri Vilayət Eyvazovun əmrinə əsasən, İdarənin Ekoloji Nəzarət Bölüyünün komandiri, polkovnik-leytenant Fuad Mayılov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az