Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes İdman Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Müsahibə Haqqımızda
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



20 Noy
2020
14:34
1105
20
Noy
14:34



Gələn aydan fermerlərə məhsul subsidiyasının ödənilməsinə başlanacaq

Fermerlərə məhsul subsidiyasının ödənilməsinə dekabrın ikinci ongünlüyündə başlanacaq.

Kənd Təsərrüfatı Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, hazırda fermerlərdən təhvil alınan pambıq, tütün və şəkər çuğunduru məhsulları barədə məlumatlar tədarükçülər tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) yerləşdirilir.

Məlumatlar yoxlandıqdan sonra fermerlərə ödəmə ediləcək.

Noyabrın 20-nə olan operativ məlumata əsasən, 2020-ci ildə 99 902 hektar sahədən 309267 ton pambıq, 4 903 hektar sahədən 213801 ton şəkər çuğunduru və 3144 hektar sahədən 6065 ton quru tütün məhsul yığılıb.

Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə təhvil verdikləri məhsulla bağlı məlumatların tədarükçü tərəfindən EKTİS-də yerləşdirildiyini dəqiqləşdirməyi tövsiyə edib. Qaydalara əsasən, tədarükçü tərəf fermerdən hansı məbləğdə nə qədər və hansı məhsulu aldığını təsdiqləyən alqı-satqı müqaviləsini və qəbzləri EKTİS-ə yükləməlidir.

Qeyd edək ki, dövlət tərəfindən fermerlər tədarükçüyə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat, quru tütünün hər tonuna görə 50 manat, yaş tütünün hər tonuna görə 5 manat, şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya ödənilir.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İnsanların COVİD-19-la bağlı qaydalara riayət etmə səviyyəsi mütəxəssisləri qane etmir - Baş infeksionist







Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb







Şəhid Toğrul Abbasovla "Olmayan Bir Müsahibə..."







Rusiya FHN Şuşa və Xankəndiyə humanitar yardım göndərib


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]






© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.