XEBEROXU.AZ
Haqqımızda     Əlaqə
       Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Media Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Turizm Haqqımızda Saytın Xəritəsi        RU
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU     



06 Avq
2022
22:16
504
06
Avq
22:16



Pakistanlı tələbə Bakıda oturub külli miqdarda pulu necə qazandı?

Bakıda xarici ölkə vətəndaşlarının bank kartlarından külli miqdarda pul oğurlamaqda təqsirli bilinən Pakistan vətəndaşı, Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi Mustafa Ghulama hökm oxunub.

 

Xeberoxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1996-cı il təvəllüdlü M.Ghulam Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib.

Məhkəmə araşdırması zamanı bildirilib ki, pakistanlı tələbə əlbir olduğu və xaricdə yaşayan cinayətkar qrup üzvləri ilə birgə ABŞ, Kanada, Honq-Konq və Kolumbiya banklarının müştərilərinə aid bank kartı məlumatlarını qanunsuz əldə edib. Daha sonra Bakıda yaşayan Mustafa həmin bank kartı məlumatları əsasında onlayn satış həyata keçirən mağazalardan alış-verişə başlayıb. O, «saatstore.az», «alinino.az», «apple-azerbaıjan.az», «e-alver.az», «mgstore.az», «myshops.az» kimi mağazalardan ümumilikdə dəyəri 228 418 manat olan bahalı əşyalar, qol saatları, telefonlar və digər məhsullar alıb və kuryer xidməti vasitəsilə həmin malları əvvəlcədən tutduğu evə gətizdirib. Bir neçə ay əvvəl isə M. Ghulam həmin malları metronun “Neftçilər” stansiyası yaxınlığındakı mağazalara dəyərindən ucuz qiymətə satıb.

Daxil olmuş şikayətlər əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Əməkdaşlarının həyata keçirdiyi əməliyyatla pakistanlı gənc saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 avqust 2022-ci il tarixli hökmü ilə ona 7 il 6 ay müddətinə həbs cəzası verilib.(manset.az)


Xeberoxu.az

 



Bizimlə əlaqə saxlayın







Digər SOSİAL xəbərləri


Xeberler 2022 və son xeberler 2022 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 310-42-66
(051) 660-40-00

infoxeberoxu@gmail.com





© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.