Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



15 Sen
2020
22:00
1795
15
Sen
22:00



Gəncədə Bakının azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyindən XeberOxu.Az-a  verilən məlumata görə, tədbirdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov, Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Zeki Öztürk, şəhər sakinləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri ifa olunub.

Mərasimdə çıxış edənlər şəhidlərə ehtiramlarını bildirib və xalqlarımızın sarsılmaz birliyindən iftixarla danışaraq 102 il öncə Azərbaycan və türk əsgərlərinin Bakını işğaldan azad edərək Azərbaycan tarixinə şanlı səhifə yazdığından söhbət açıblar.

Tədbirdə vurğulanıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra dinamik inkişaf mərhələsi keçərək güclü və qüdrətli dövlətə çevrilib. Azərbaycan-Türkiyə qardaşlığı bu gün də ən yüksək səviyyədədir və bu dostluq, qardaşlıq sarsılmazdır, əbədidir. Biz bu günkü xoşbəxt, firavan həyat üçün həyatlarını Vətən, xalq yolunda qurban verən qəhrəman şəhidlərimizə borcluyuq. Böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır”, ulu öndər Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” kəlamları bizim dostluğumuzun, qardaşlığımızın mənasını, məzmununu təşkil edir. Bu münasibətlər Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu gün də inamla, uğurla davam etdirilir.

Təntənəli mərasim Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin təqdim etdiyi konsert proqramı ilə başa çatıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi







Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi







Goranboyda yük avtomobili yanıb







Bakıda bərbərxana yanıb


Digər Hərbi xəbərlər xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.