25 Yan 2021
09:50
![]() |
25
Yan 09:50
![]() Meksikanın prezidenti koronavirusa yoluxub Meksikanın prezidenti Andres Manuel Lopes Obrador koronavirusa yoluxub. XeberOxu.Az-ın məlumatına görə, bu barədə latınamerikan dövlətinin başçısı "Twitter" səhifəsində yazıb. "Təəsüflə sizə kovidə yoluxduğumu bildirirəm. Simptomlar yüngüldür, amma artıq müalicə alıram. Həmişəki kimi nikbin qalıram", - mesajda deyilir. 67 yaşlı siyasətçinin sözlərinə görə, səhərki konfranslarda onu daxili işlər naziri Olqa Sançes Kordero əvəz edəcək. "Ölkə rəhbərliyini Milli Saraydan izləyəcəm", - o əlavə edib. Qeyd edilir ki, 2020-ci ildə Meksika hökumətinin bir neçə üzvü, o cümlədən maliyyə və ictimai kredit naziri Arturo Herrera koronavirusa yoluxublar. Hamısı sağalıb və vəzifələrinin icrasına qayıdıblar. ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
![]() ![]() |
Ən Çox Oxunanlar
Bakıda keçmiş məhkum avtomatla yaxalandı -FOTO/VİDEO
Ötən sutka ərzində köməksiz qalan 16 nəfər xilas edilib - FHN - VİDEO
40 min manatlıq silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb
Bakıda yataqxanada yanğın başlayıb
|