XEBEROXU.AZ
Haqqımızda     Reklam
RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Şou-biznes Hadisə Dünya Hava proqnozu                               
Mədəniyyət Müharibə Avto-Moto Maraqlı İdman Hadisə Haqqımızda                           
Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xeberoxu.az Telegramda
Bütün xəbərlər
XEBEROXU.AZ RU   



26 Yan
2021
09:23
1162
26
Yan
09:23



Azərbaycan Respublikasının Avropa Şurasında üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub

2021-ci il 25 yanvar tarixində Azərbaycan Respublikasının Avropa Şurasına üzvlüyünün 20 ilinin tamam olması münasibətilə Strasburqda, ölkəmizin bu təşkilat yanında daimi nümayəndəliyində tədbir keçirilib.

XeberOxu.Az-ın məlumatına görə, Avropa Şurasının Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətimizin üzvlərinin iştirakı ilə baş tutan bu tədbiri Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri Fəxrəddin İsmayılov açaraq, ilk əvvəl iştirakçıları 44 günlük Vətən müharibəsi və eləcə də birinci Qarabağ müharibəsində canlarını fəda etmiş qəhrəman şəhidlərimiz, habelə 20 Yanvar qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Çıxışında ölkəmizi Avropa Şurasına aparan yolun qısa tarixçəsinə toxunan F.İsmayılov bu yolda üzləşdiyi maneələrə rəğmən, Ulu öndər Heydər Əliyevin müdrik və qətiyyətli mövqeyi sayəsində Respublikamızın 2001-ci ildə Avropa Şurasına qəbul edilməsinə nail olunduğunu bildirib. Daimi nümayəndə vaxtaşırı olaraq ikili standartlarla üzləşən Azərbaycanın Avropa Şurası daxilindəki münasibətlərin qarşılıqlı hörmət və dialoq üzərində qurulmasının vacibliyinə inandığını ifadə edib. O, 2001-ci ildə Ermənistanla birgə Avropa Şurasına qəbul edilən zaman Azərbaycanın Avropa qitəsinin bu mötəbər təşkilatının işğal altında olan torpaqlarımızın azad edilməsinə yardımçı olacağına dair böyük ümidlər bəsləndiyini xatırladıb, lakin bu ümidlərin özünü doğrultmadığını qeyd edib. F.İsmayılov sonunda müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli silahlı qüvvələri tərəfindən haqq-ədalətin bərpa edildiyini vurğulayıb və artıq işğaldan azad Azərbaycan üçün beynəlxalq aləmdə, o cümlədən Avropa Şurası çərçivəsində yeni bir dönəmin başlandığını bildirib.

Daha sonra AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədri Səməd Seyidov çıxış edərək, Avropa Şurasına üzvlüyümüzün 20 ili ərzində formalaşmış münasibətlər haqqında danışıb. Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə təşkilatın mənzil-qərargahı qarşısında Azərbaycan bayrağının qaldırılması ilə bağlı tarixi mərasimin canlı şahidi kimi qeydlərini bölüşən S.Seyidov 20 il öncə Ermənistanın işğalı ilə əlaqədar Azərbaycanın Avropa Şurasına ağrı ilə, amma eyni zamanda ümidlərlə gəldiyini söyləyib. Buna baxmayaraq, ölkəmiz illər boyu qeyri-obyektiv mövqe və ikili standartlarla qarşılaşıb. O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası hər birimizin böyük arzusu olub və bu arzu millətin iradəsini əks etdirən və onu bir yumruqda birləşdirən, milli maraqları ən ali maraq kimi müdafiə edən lider, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sayəsində reallaşıb. S.Seyidov ərazi bütövlüyünü bərpa etmiş bir ölkənin nümayəndə heyəti üzvləri olaraq, AŞPA-nın qış sessiyasına gəlməkdən böyük qürur və fəxr hissi keçirdiklərini vurğulayıb.

Avropa Şurasına üzvlüyümüzün ilk günlərindən AŞPA-da nümayəndə heyətimizin tərkibində olmuş millət vəkili Rafael Hüseynov çıxışında ötən dövrlə bağlı xatirələrini bölüşüb və xüsusilə üzvlüyə qəbul edilməyimiz ərəfəsində Ümummilli lider Heydər Əliyevin Avropa Şurası rəsmiləri ilə görüş və müzakirələrindən bir sıra tarixi məqamlara diqqət yetirib. O, vaxtilə AŞPA-da nümayəndə heyətimizin başçısı olmuş, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlər və əldə olunan nailiyyətlərə nəzər salıb və hazırkı heyətin də məhz onun müəyyən etdiyi xətt üzrə fəaliyyətini davam etdirdiyini söyləyib. Millət vəkili Avropa Şurasına üzvlüyün 20 illiyini önəmli bir tarix kimi xarakterizə edib və bu illər ərzində ölkəmizin əldə etdiyi tərəqqini çox yüksək qiymətləndirib.

Xeberoxu.az

  ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Zərdabda evdən 25 min manatlıq oğurluq edilib







“Qurbaşı” dəstəsinin ömürlük cəzaya məhkum edilən üzvü azadlığa çıxmaq istəyir







Karantini pozan kafenin icarədarı və müştərilər cərimələnib (FOTO)







Paytaxtda 67 yaşlı qadını maşın vurdu


Digər Cəmiyyət xəbərləri


Xeberler 2021 və son xeberler 2021 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda      Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00

[email protected]




© Xeberoxu.az 2021 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.