# EVDƏQAL
# EVDƏQAL



23 Mart
2020
12:48
4325

23
Mart
12:48



Gəncədə dezinfeksiya işləri aparılır

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə küçə və prospektlərdə, habelə çoxmənzilli binalarda dezinfeksiya işlərinə başlanılıb. Dezinfeksiya işləri şəhərdə iki istiqamət üzrə Kəpəz və Nizami rayonlarının ərazisində aparılır.

Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini İlqar Əsədov Xeberoxu.az-a bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gəncədə də müvafiq tədbirlər görülür:

"Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır. Bu işlər gündəlik olaraq həyata keçirilir. Dezinfeksiya işlər şəhərin küçə və prospektlərini, yaşayış massivlərini, park və xiyabanları əhatə edəcək.

Səhər saatlarından başlayaraq şəhərin küçə və prospektləri xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiya edici məhlullarla yuyulub. Bununla yanaşı şəhərdə olan çoxmənzilli binalarda dezinfeksiya işləri aparılıb. İşlər xüsusi ayrılmış briqada tərəfindən 4 istiqamətdə həyata keçirilib. İşlərə Gəncə Şəhər MKTİB-in onlarla texnika və yüzə yaxın canlı qüvvəsi cəlb edilib".

Qeyd edək ki, gün ərzində Gəncənin Heydər Əliyev, Atatürk və Şah İsmayıl Xətai prospektlərindəki, habelə Cavad xan, Həsən Əliyev, Bahəddin, Keçid, Azərbaycan Bayrağı, Şeyxzamanov, Şahlar Hüseynov, Dədə Qorqud və digər küçələrdə dezinfeksiya işlərinin aparılması nəzərdə tutulub. Binaların girişləri, bloklar, liftlər xüsusi məhsulla dezinfeksiya edilir. Dezinfeksiya işləri şəhərdəki bütün çoxmənzilli binaları əhatə edəcək. İşlər mütəmadi olaraq davam etdiriləcək.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət







Ağcabədidə yük avtomobili yandı







Bakıda bahalı it oğurlandı







Benzin və maye qazdan icbari tibbi sığorta haqlarının tutulması doqquz ay təxirə salınıb


Digər Azərbaycanda koronavirusla bağlı xəbərlər xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00
(012) 436-28-31



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.