Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
11:01
3876

02
Iyul
11:01



İcra Hakimiyyəti “Mercedes” yox, “Khazar” alası oldu

Kəlbəcər rayon İcra Hakimiyyətinə xidməti avtomobilin alınması ilə bağlı tender başa çatıb. Bu barədə XeberOxu.az-a rayon icra hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hikmət Bağırov məlumat verib.

O bildirib ki, xidməti maşın başçı üçün deyil, onun birinci müavini üçün alınıb: “Bu, “Azərmaş” ASC-nin istehsalı olan “Khazar Peugeot” sedan markalı avtomobildir. İcra başçısının özü isə “Toyota Avalon” markalı maşın sürür. Düzdür, həmin maşın 2008- ci ildə alınıb. İstismar müddəti 10 il olsa da, icra başçısı Aqil Məmmədov həmin maşından yenə də istifadə edəcək”.

Qeyd edək ki, bir neçə gün öncə rəsmi qəzetlərdə icra başçısı üçün avtomobil alınması ilə bağlı tender elan olunmuşdu. Həmin tenderdə "Mercedes S350" markalı avtomobilin alınması nəzərdə tutulmuşdu. İcra başçısının bahalı avtomobil almaq istəyi müzakirələrə səbəb olmuşdu. 

Daha sonra İcra Hakimiyyəti dövlət büdcəsindən xidməti avtomobil üçün 50-55 min manat vəsait nəzərdə tutulduğunu və "Mercedes S350"nin son versiyasını deyil, işlənmişini almağı planladıqlarını açıqlamışdı.

Cəmi bir gün sonra isə, İcra Hakimiyyəti “Mercedes S350” niyyətini "Khazar Peugeot” ilə əvəzləyərək reallaşdırıb...

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər Sosial xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az