Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Iyul
2019
14:03
6045

03
Iyul
14:03




Gözəllik salonunda arvadına 12 bıçaq vurdu və...

Bakı Ağır Cinayətlər Məhkəməsinə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

XeberOxu.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən hadisə baş verən ərazinin sahə inspektoru Zaur Qasımov bildirib ki, hadisədən əvvəl də zərərçəkmiş Aynur Rzayeva keçmiş həyat yoldaşı ilə aralarındakı problemə görə ona müraciət edib. Buna görə də protokol tərtib edilib, Zaur Rzayevə xəbərdarlıq olunub.

Sahə inspektoru deyib ki, hadisə günü Zaur Rzayev ona zəng edərək keçmiş yoldaşını bıçaqladığını söyləyib.

Təqsirləndirilən Zaur Rzayev də deyilənləri təsdiqləyib. O bildirib ki, hadisədən sonra polisə təslim olub.

Hakim məhkəmə istintaqının başa çatdığını elan edib. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 8-də davam edəcək.

İttihama görə, hadisə paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən "Stil" gözəllik salonunda baş verib. 1974-cü il təvəllüdlü Rzayev Zaur Ağahüseyn oğlu keçmiş həyat yoldaşı 1978-ci il təvəllüdlü Rzayeva Aynur Osman qızına 12 bıçaq zərbəsi vurub. O istintaqa bildirib ki, boşandığı arvadı ilə telefonla danışarkən kişi səsi eşidib. Bundan əsəbiləşən Z.Rzayev arvadının işlədiyi salona gələrək, ona 12 bıçaq zərbəsi vurub. Qadın çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona Cinayət Məcəlləsinin 29, 120.2.4-ci (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Əli Həsənov: "Nuru paşa- Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan"







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Kriminal xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az