Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 Iyul
2019
17:25
3498

15
Iyul
17:25



“Türk Hava Yolları” qitələrarası uçuşlarda sərnişinlərə yeni dəstlər təqdim edir

Daima sərnişinlərinin rahatlığını düşünən “Türk Hava Yolları” yeni səyahət dəstlərini təqdim edir. Dəstlər dünya dəbinin aparıcı şirkətlərindən olan “Versace” və turizm məhsulları üzrə ixtisaslaşmış “Mandarina Duck” tərəfindən hazırlanıb.

Dünya aviasiyasında bazar payını və sərnişin sayını ilbəil artıran THY iyul ayının 2-dən etibarən qitələrarası uçuşlarda biznes sinif sərnişinləri üçün “Versace” tərəfindən dizayn olunmuş dəstlər təqdim edir. Sərnişinlərin uçuş zamanı ehtiyaclarını ödəmək üçün yeni dəstdə corab, qulaqlıq, yuxu maskası, məlumatlandırıcı stikerlər, dodaq balzamı, əl üçün losyon, nəmləndirici üz kremi və saç sancaqları (ancaq qadınlar üçün nəzərdə tutulmuş dəstdə) yer alıb.

Yeni kolleksiyanın əvvəlkilərdən əsas fərqi qadın və kişi sərnişinlərin uçuş zamanı ehtiyaclarını nəzərə alaraq, onlar üçün fərqli dəstlərin yaradılmasıdır.

Yeni kolleksiyada tədqim olunan zərif və funksional dizaynlı çantaları sərnişinlər uçuşdan sonra da gündəlik olaraq istifadə edə bilərlər. “Versace” tərəfindən təqdim olunan nəmləndirici kremlər isə sərnişinlərin vaxtlarını daha komfortlu keçirmələri üçün nəzərdə tutulub.

Qitələrarası ekonom sinif sərnişinləri üçün “Mandarina Duck” tərəfindən hazırlanmış dəst isə iyul ayının 3-dən təklif olunur. “Mandarina Duck” ağıllı və unikal dizaynı sayəsində səyahətsevərlər arasında geniş rəğbət qazanıb. Ekonom sinif üçün nəzərdə tutulmuş dəstdə corab, yuxu maskası, qulaqlıq, dodaq balzamı, diş fırçası və məcunu yer alıb. Sərnişinlərinə təbii və yüksək keyfiyyətli dermolokosmetoloji məhsullar təklif edən “Türk Hava Yolları” bunu üçün “Atelier Redbull” şirkəti ilə əməkdaşlıq edir. Belə ki, ekonom sinif üçün nəzərdə tutulmuş dəstin dodaq balzamı məhz bu şirkətə məxsusdur.

Sərnişinlərinə əvəzsiz uçuş təcrübəsi bəxş edən ”Türk Hava Yolları” təklif etdiyi məhsul və xidmətlərini daima inkişaf etdirir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər Xarici İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az