Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Avq
2019
10:46
1923

05
Avq
10:46




“İlahiyyatçı” qəzetinin iyul buraxılışı çapdan çıxıb

Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyatçı” qəzetinin iyul sayı çapdan çıxıb.

Mətbu orqanın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçılarına Müraciəti, Azərbaycan Respublikasının Birinci vitre-prezidenti Mehriban xanım Əliyevanın “Ümummilli lider Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib” başlıqlı yazısı dərc olunub.

Nəşrin ikinci və üçüncü səhifələrində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun “Əsrə bərabər 50 il”, həmçinin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifovanın “Əbədiyaşar lider” başlıqlı məqalələri çap olunub.

Qəzetin 4, 5, 6 və 7-ci səhifələrində “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu haqqında yazılar yer alıb.

“İlahiyyatçı”nın iyul buraxılışında, həmçinin “Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü”; “Azərbaycan İlahiyyat İnstitutu Elmi Şurasının qərarı ilə “Heydər Əliyevin kəlamları” adlı kitab nəşr olunub”; “Milli Mətbuat Günü münasibətilə media nümayəndələri mükafatlandırılıb”; “İş həyatında sosial məsuliyyət və etik davranış qaydaları”; “Din araşdırmaları” jurnalının iyun sayı nəşr olunub”; “Aİİ rektoru “Tələbələrin dostu” sosial mükafatına layiq görülüb”; “Müasir alman cəmiyyətində İslama münasibət”; “Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti İlahiyyat İnstitutunda”; “Tələbələrimiz Bursada “Yay məktəbi”ndədirlər”; “İlk magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib”; “İlahiyyat İnstitutunun müəllimləri Beynəlxalq Simpoziumda iştirak ediblər”; “Aİİ-də YAP-ın ərazi ilk partiya təşkilatının növbəti iclası”; “Azərbaycan və Amerika cəmiyyətlərində dinə münasibət”; “Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub” başlıqlı məqalələrdə Azərbaycan İlahiyyat İnstitutu haqqında yazılar və xəbərlər dərc edilib.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri qəzetdə “Azərbaycan İlahiyyat İnstitutu bölgələrdə” başlıqlı silsilə yazılarda əksini tapıb. “Azərbaycan İlahiyyat İnstitutu İsmayıllıda” məqaləsində isə təşkil olunan görüş haqqında ətraflı məlumat verilib.

Mətbu orqanın müxtəlif səhifələrində, eyni zamanda, İnstitut əməkdaşlarının “Sızlar yada düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri...”; “İslam dinində dözümlülük ənənəsi: tarixi aspektlər”; “Din duyğusu fərdə və cəmiyyətə nə verir?”; “Azərbaycanın tarixi irsi: Qax rayonunda yerləşən Alban məbədləri”; “Şəhid jurnalistlərimiz”; “Azərbaycanın milli geyimlərinin bölgələr üzrə oxşar və fərqli xüsusiyyətləri”; “ başlıqlı məqalələri əksini tapıb.

Məlumat üçün bildirək ki, “İlahiyyatçı” qəzetinin nəşr olunmasında məqsəd İnstitutun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə verməkdir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər Media xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az