Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
03:30
1461

14
Avq
03:30




“CNSNews” nəşri Azərbaycan-İsrail münasibətlərindən yazıb

Amerikanın “CNSNews” nəşrində xəbərlər bölməsinin redaktoru və onlayn kontentin, həmçinin “The Jerusalem Post” strategiyasının rəhbəri Maayan Caffe-Hoffmanın Baş Nazir Benyamin Netanyahunun rəhbərliyi altında İsrailin qazandığı nailiyyətlərdən bəhs edən məqaləsi dərc olunub. Məqalədə Netanyahunun 13 illik hökuməti dövründə onun rəhbərliyi ilə xarici siyasət sahəsində əldə olunan uğurlardan, xüsusən İsrailin müsəlman ölkələri ilə münasibətlərindən danışılır.

XeberOxu.az xəbər verir ki, Azərbaycan-İsrail münasibətlərinə toxunan Caffe-Hoffman iki dövlət arasında bu əlaqələri İsrailin müsəlman ölkələri ilə münasibətlərində artan nailiyyətlərin parlaq nümunəsi adlandırıb. Netanyahu özü İsrail-Azərbaycan münasibətlərini "bizim dünyaya göstərə biləcəyimiz əlaqələr" kimi dəyərləndirib.

İsrail və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq daim inkişaf edir və möhkəmlənir. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə, 2017-ci ildə Azərbaycan İsraildən daha çox silah alan üçüncü ölkə olub (137 milyon dollar dəyərində).

Müəllif vurğulayır ki, İsrail-Azərbaycan münasibətləri təkcə təhlükəsizlik sahəsində tərəfdaşlıqdan ibarət deyil. Azərbaycanlılarla bu ölkədə yaşayan yəhudi icması arasında qədim dostluq və qardaşlıq əlaqələri mövcuddur. Müxtəlif ölkələrdən olan yəhudi mənşəli qonaqlar, həmçinin İsraildən Azərbaycana gələn müsafirlər və diplomatlar qeyd edirlər ki, bu diyarda antisemitizm yoxdur və yəhudilərə dost münasibəti göstərilir. Müəllif vurğulayır ki, 2600 ildən çoxdur ölkədə yaşayan Azərbaycanın Yəhudi icması heç bir zülmə, qırğına və ya yerli əhali tərəfindən digər nifrət təzahürlərinə məruz qalmayıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər Media xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az