Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



31 Avq
2019
06:00
3375

31
Avq
06:00



Britaniyalı jurnalistlər yeni Nissan Juke ilə tanış olublar

Britaniyanın "Autocar" dərgisinin jurnalistləri yeni nəsil Nissan Juke modelinin sınaq prototipi ilə tanış olmaq imkanı əldə ediblər. Yeni Juke modelinin debütünə bir neçə həftə qalmış britaniyalı həmkarlarımız avtomobil haqqında məlumatla bölüşüblər.

Krossover kamuflyaj örtüyünə malik olsa da, yapon markasının nümayəndələri yeni Nissan Juke modelinin çöhrəsində GT-R 2020 Vision Gran Turismo və Gripz krossoverinin tanış cizgilərini tapa biləcəyimizi söyləyiblər. Buna baxmayaraq, yeni krossover sələfinin tanınan formalarına  malik olacaqdır.

Xeberoxu.az autograph.az-a istinadən bildirir ki, sınaq prototipi Nissan Micra modelindən tanış olan 115 at qüvvəli 1,0-litrlik mühərrik ilə təchiz edilib. Bu günə qədər bu aqreqat, modelin mühərrik çeşidinə rəsmi olaraq daxil edilmiş yeganə güc aqreqatıdır. Güc aqreqatı iki muftalı 7-pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışır. Yapon mühəndisləri variatordan imtina etmək qərarına gəliblər.

Yeni Nissan Juke modelinin model çeşidinə 1,3-litrlik benzin, 1,5-litrlik dizel və 200 at qüvvəsinə qədər gücə malik olan 1,6-litrlik turbomühərrikin daxil ediləcəyi gözlənilir. Qoşulan hibrid modifikasiyasına gəldikdə isə, marka nümayəndələri bu barədə konkret cavab verməkdən imtina ediblər. Renault şirkətinin Captur PHEV modelinin buraxılacağını təsdiq etməsi, gələcəkdə Juke PHEV hibridinin də işıq üzü görəcəyindən xəbər verir.

Jurnalistlər avtomobilin salonunda da çoxlu dəyişikliklərin olduğunu bildirirlər. Juke modeli artıq baza versiyasında sensorlu ekranı olan multimedia sisteminə və keyfiyyəti yaxşılaşdırılmış tərtibat materiallarına sahib olacaqdır. Krossoverin bahalı verisyaları üçün üç fərdiləşdirmə dəsti nəzərdə tutulubdur ki, bu dəstlər seçilən tikişlərin və alkantaradan hazırlanmış elementlərin mövcudluğunu nəzərdə tutur.

Yeni krossoveri Nissan Connected Services tətbiqinə də qoşmaq imkanı olacaqdır. Bu servis avtomobilin yerləşməsini və sürətini izləməyə, məsafədən qapıları açıb-bağlamağa, tətbiqin Google Home yardımçısı ilə sinxronlaşdırılması halında isə, tətbiqə 35 sualla mürəciət etmək imkan da verir.

İlk dəfə olaraq, Nissan Juke  iki istiqamətdə tənzimlənən sükan qoluna sahib olacaqdır. Avtomobilin 106 mm uzanmış təkər bazası sayəsində, artıq salonda dörd sərnişin rahatlıqla yerləşə bilər. Bundan başqa, krossoverin baqaj bölümünün həcmi 354 litrdən 422 litrə qədər artırılıb.

Yeni Nissan Juke modelinin debütü 3 sentyabr tarixində baş tutmalıdır.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb







Mingəçevirdə iki minik maşını toqquşub-FOTO







Bakıda antisanitar vəziyyətdə olan un məmulatları sexi aşkarlanıb







Bakıda biabırçılıq - Kişi arvadını polis zabiti ilə yataqda tutdu - VİDEO/


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.