31 Avq 2019
06:30
![]() |
31
Avq 06:30
![]() Alimlərin xülyası - Dünya ilə Ayı kabellə birləşdirmək Kolumbiya və Kembric universitetlərindən elm insanları, Dünya ilə Ay arasına bir kabel xətti çəkərək həm kosmos turizmində yeni bir səhifə açmaq, həm də kosmosda koloniyalar meydana gətirmək istəyirlər. Xeberoxu.az deyerler.org-a istinadən bildirir ki, elm insanlarının Dünya və içərisində olduğumuz kainatla əlaqədar işləri sürətlə davam edir. Texnologiyanın irəliləməsiylə birlikdə elm insanlarının da əllərindəki imkanlar çoxaldı və indilərdə, Dünya ilə Ay arasında bir lift qurmaq planlaşdırılır. Kolumbiya və Kembric universitetləri daxilində işlərini davam etdirən elm insanlarının yeni layihəsi "Spaceline" olaraq adlandırılır. Spaceline, ən fundamental halıyla Dünya ilə Ay arasında bir kabel əlaqəsinin edilməsi və bu kabel əlaqəsi üzərindən nəqliyyat əməliyyatları reallaşdırılması mənasını verir. Əgər bu layihə reallaşsa həm Ay ilə Dünya arasına bir lift qurulmuş, həm də kosmos turizminin qapıları məqbul bir qiymətlə açılmış olacaq. Mövzuyla əlaqədar araşdırma aparan Kembric Universitetindən Zefir Penoyr, Spaceline sisteminin bir qatar yolu sistemi kimi düşünülə biləcəyini ifadə etdi. Ancaq bu vəziyyətin qatar səfərindən bir az daha fərqli olacağını söyləyən Penoyr, kosmosun dərin boşluqlarında səfər etmənin çox daha asan olduğunu ifadə etdi. Bu sistem üçün hələ çox ciddi işlərin edilməsi lazımdır. Məsələn; Dünyanın çox ciddi bir cazibə qüvvəsi var. Bu da Aya çatdığı təqdirdə kabelin qopa biləcəyini düşündürür. Elm insanları bu mövzuda, Aydan Dünyaya qədər uzanacaq kəndirin Dünya ilə təmas edəcəyi bölgədəki qravitasiyanı sıfırlamağa qərar verib. Bu vəziyyət laboratoriya mühitlərində mümkün görünsə də gerçəkdə necə olacağı dəqiqləşmiş deyil. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video
Altı yaşlı qız dəm qazından ölüb
İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"
Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |