Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



31 Avq
2019
08:00
3141

31
Avq
08:00



Kia yeni Mohave modelinin interyeri üzərindən sirr pərdəsini götürüb

Kia şirkəti yeni nəsl Mohave modelinin interyerinin şəklini dərc edib. Dərc edilmiş şəkildən göründüyü kimi, avtomobili salonunda radikal dəyişikliklər baş verib.

İlk növbədə diqqəti çəkən, alüminium və ağac ilə tərtib edilmiş tam yeni və müasir cihazlar panelidir. Ofrouder havalandırma sisteminin yeni deflektorlarına, klimat-kontrolun idarəetmə blokuna və qapı panellərinə sahib olub. Bundan başqa, interyerdə yeni mərkəzi tonneli və daha gözəgəlimli dördmilli sükan çarxını görmək olar.

Milli.Az autograph.az-a istinadən bildirir ki, bir müddət bundan öncə, Kia şirkəti yeni nəsil Mohave modelinin ilk şəkillərini dərc edib. Yeni ofrouder tamamilə, bu ilin yazında Seul avtosalonunda nümayiş etdirilmiş Mohave Masterpiece konseptinə bənzəyir. Ən maraqlısı isə, avtomobilin üzərində Kia emblemlərinin olmamasıdır.

Seriya modeli ilə konsept arasında olan fərqlər xırda detallardadır. Məsələn, radiator barmaqlığı bir qədər genişlənmiş və daha az nəzərəçarpan olmuşdur. Bundan başqa, ön bamperdəki hava girişlərinin ölçüsü də böyüdülmüşdür. Arxa hisssədə baş vermiş dəyişikliklər ümumiyyətlə kosmetik xarakter daşıyır. Yeni ofrouder sələfindən ön və arxa hissənin dizaynı ilə seçilsə də, kuzovun yan tərəflərinin forması əvvəlki Mohave modelində olduğu kimidir.

Avtomobilin texniki hissəsi barədə məlumat verilməsə də, şəkildəki avtomobilin 3,0-litrlik V6 dizel mühərriki və tam çəkiş sistemi ilə təchiz edildiyi görünür. Əvvəlki modeldəki dizel mühərrik 260 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edirdi. Güc aqreqatı altıpilləli avtomatik qutu ilə tandemdə çalışırdı.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az