Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Sen
2019
05:00
954

02
Sen
05:00




70-ilik Hudson kupesi 638 at qüvvəli mühərrikə sahib olub

Kaliforniyada yerləşən Icon atelyesi Montereydə keçirilən Avtomobil həftəsində bərpa edilmiş və təkmilləşdirilmiş 1949-cu ilin Hudson kupesini nümayiş etdirib. 70 illik yaşı olan qara rəngli Hudson kupesi Tennessi ştatındakı qarajların birində baxımsız şəkildə aşkar edilib.

Avtomobilin yeni sahibi nadir avtomobili metal qırıntısına verməkdənsə, onu bərpa edərək restomoda çevirmək qərarına gəlib. O, arzusunu yerinə yeritmək üçün daimi müştərisi olan Icon atelyesinə müraciət edib.

Xeberoxu.az autograph.az-a istinadən bildirir ki, kaliforniyalılar avtomobili Chevrolet Corvette modelinin 6,2-litrlik kompressorlu V8 mühərriki və dördpilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediblər. Ötürmə arxa çəkişli qalsa da, avtomobilin arxaik bütöv arxa körpüsü müasir müstəqil asqı ilə əvəzlənib. Bundan başqa, kupe müasir Brembo əyləc mexanizmlərinə də sahib olub. Ön rama alıtlığı isə, yeni mühərrikə uyğun olaraq yenidən hazırlanıb.

Hudson modeli həmçinin, heyranedici interyerə də sahib olub. Kupenin salonu əllə rəngləniş timsah və dana dərisi ilə üzlənib. Salon döşməsi və ayaqaltılar əsl yundan hazırlanmış material ilə örtülüb.  Dəstəklər yenidən alüminiumdan hazırlanmış, işıqlandırma lampaları isə işıqdiodları ilə əvəz edilmişdir. Əlavə olaraq, kondisioner də quraşdırılmışdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az