Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Sen
2019
12:10
909

07
Sen
12:10




İtinə toy edən azərbaycanlı biznesmenə ŞOK - VİDEO
Azərbaycanda itinə toy etməklə məşhurlaşan iş adamının külli miqdarda pulu havaya sovrulub. 

Xeberoxu.Az criminal.az-a istinadən xəbər verir ki, "G Group”un prezidenti Qalib Mustafayevin ümiumilikdə 300 min manat pulu cinayət yolu ilə mənimsənilib.

İsmayıllı rayon sakini Əvəz Nadirov dostu Aftandil Məmmədovla birlikdə Q.Mustafayevə məxsus "Sədərək" ticarət mərkəzində yerləşən "Elvar" mağazasında 186 min manat dəyərində mebelləri oğurlayıb. Bundan başqa Nəriman Məmmədov həmin ticarət mərkəzində yerləşən Q.Mustafayeva məxsus anbardan 109 min manat dəyərində müxtəlif növ məişət əşyaları oğurlayıb.

Hər iki şəxsin barəsində Qaradağ rayon Polis İdarisində Cinayət Məcəlləsinin 177.3.2-ci maddələri ilə cinayət işi başlanıb.Xatırladaq ki, Q.Mustafayev 2017-ci ilin aprelində Amon və İsida adlı cins itlərinə toy etməsi ilə gündəmə gəlib. Toy məclisi Goranboy rayonunda həmin iş adamına məxsus zavodun həyətində baş tutub. Məclisdə çoxlu qonaqlar olub. Onların arasında vaxtilə keçmiş MTN-in Zaqatala və Goranboy rayon şöbələrinin rəisi işləmiş, "Turba Əli” kimi tanınan şəxs də olub. 

İş adamı itlərin toyuna qonaqları xüsusi dəvətnamə ilə çağırıb. İş adamı əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib və onunla şit zarafatlar edərək əyləniblər. İş adamı itlərinə plov və kabab bişirtdirib. Həmin yeməklərdən qonaqlar da yeyib. Məclisi aşıq idarə edib, saz və balabanla mahnılar səslənib, itlərin şəninə sağlıq deyilib.

Qeyd edək ki, Qalib Mustafayevin qardaşı Xaliq Mustafayev də biznesmendir və xaricdən Azərbaycana elektronika malları gətizdirir. Qalib Mustafayevin "Bentley” və "Jeep Wrangler”, oğlunun və qızının da bahalı "Porshce”, "Mercedes” və "Jeep” markalı avtomobillərinin olduğu bildirilir.

Qalib Mustafayev itlərinə toy edib pul xərclədiyi bir vaxtda onun bacısı Mustafayeva Nüşabə Hidayət qızı müxalifətin mitinqlərində iştirak edərək dolanışığının aşağı səviyyədə olmasından gileylənib. O, 35 il müəllim işlədiyini və indi aldığı təqaüdün az olduğunu deyib.

 
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az