Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Sen
2019
14:49
864

07
Sen
14:49




Baş nazirin müavini: Azərbaycan vətəndaşının kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsi təmin edilib

Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalının bolluğunu təmin etmək yolu ilə hər bir vətəndaşın ehtiyacının ödənilməsinə töhfəsini verir. Yəni ən vacib istiqamətlərindən biri bundan ibarətdir.

XeberOxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, digər istiqamət isə hökumətin iştirakı ilə kənd təsərrüfatı məhsullarının vətəndaşlara çatdırılması imkanlarının genişlənməsi olmalıdır: “Əhalinin müxtəlif kateqoriyalarının imkanlarına uyğun şəkildə onlara xidmətlərin göstərilməsi müasir bazar iqtisadiyyatının ən vacib istiqamətlərindən biridir. Bunsuz bazar iqtisadiyyatını təsəvvür etmək mümkün deyil”.

Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycanda həm yüksək, həm də orta səviyyədə qiymətlərin olduğu müşahidə olunur:

"Eyni zamanda kənd təsərrüfatı məhsullarının daha ucuz qiymətə satışı üçün yarmarkalar təşkil edilib. Beləliklə də hər bir Azərbaycan vətəndaşının kənd təsərrüfatı məhsullarına olan ehtiyacının ödənilməsi təmin edilib. Lakin bizi narahat edən məqam ondan ibarətdir ki, bəzi hallarda süni qiymət artırmaq səyləri də var. Bunlar da qiymətlərin artmasına təsir göstərir".

Baş nazirin müavini vurğulayıb ki, dövlət tərəfindən minimum əmək haqları, pensiyaların ciddi şəkildə artırılması ilə əlaqədar qəbul olunan qərarın da bazara təsirini qəbul etmək lazımdır: "Dövlət sektorunda işləyən insanların maaşları artırsa, o zaman təbii olaraq xidmətlərin qiymətlərində də müəyyən bir yüksəlmə hiss olunacaq. Amma bunların hamısı ədalət prinsipi əsasında həyata keçirilməlidir. Hökumətin həyata keçirmək istədiyi bütün səylər bu prinsiplər əsasındadır”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az