09 Sen 2019
10:27
![]() |
09
Sen 10:27
![]() Diş minasını bərpa edən gel hazırlanıb Çin alimləri kalsium fosfatın ən xırda hissəcikləri əsasında zədələnmiş diş minasını bərpa etməyə imkan verən xüsusi gel hazırlayıblar. XeberOxu.Az-ın məlumatına görə, diş minası insan orqanizmində ən bərk toxumadır. O, tərkibində böyük miqdarda kalsium və fosfor olan hidroksiapatit maddəsinin kristallarından ibarətdir. Hidroksiapatit qələvi mühitdə öz xüsusiyyətlərini qoruyub saxlayır, lakin turş mühitdə tez sıradan çıxır. Normal vəziyyətdə insanın ağzında qələvi mühit olur, lakin qida qəbulundan sonra bakteriyalar onun qalıqlarını parçalayaraq müxtəlif turşular buraxır. Həmin turşular isə öz növbəsində diş minasını sıradan çıxararaq kariyesə səbəb olur. Çin alimləri diş minasının sıradan çıxması problemini həll etmək üçün kalsium fosfat ionlarının yığılması əsasında gel hazırlayıblar. Sözügedən gel insan dişlərinin zədələnmiş nümunələrində uğurla sınaqdan keçirilib. Mikrostrukturun araşdırılması nəticəsində məlum olub ki, yeni diş minası təbiidən bir az daha bərk alınıb. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video
Altı yaşlı qız dəm qazından ölüb
İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"
Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |