Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Sen
2019
14:21
360

09
Sen
14:21




Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı
Rusiyada sentyabrın 8-də keçirilmiş seçkilərin ilkin nəticələri açıqlanıb.

Rusiya vətəndaşları dünən keçirilən seçkilərdə 17 regionun rəhbərini seçiblər.

Onlardan 16-nı bir başa səsvermə ilə, İnquşetiya respublikasında isə rəhbəri parlament seçib. İndiyə kimi bu vəzifəni icra edən Mahmud-Ali Kalimatov bu regionun başçısı seçilib. Daha 10 regionun da başçısının adı məlum olub. Onlardan biri Rusiyanın şimal paytaxtı olan Sankt-Peterburq şəhəridir. Rusiya Mərkəzi Seçki Komissiyasındna verilən məlumata əsasən, Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən əslən bakılı Aleksandr Beqlov 64,54 faiz səslə irəlidədir. Bu şəhərdə artıq seçki protokollarının 97,63 faizinin sayıldığı bildirilib.

Bundan başqa, Kursk vilayəti, Altay Respublikası, Kurqan vilayəti, Volqoqrad vilayəti, Həştərxan vilayəti, Başqırdıstan Respublikası, Zabaykalie və Stavropol dairələrinin və Çelyabinsk vilayətinin rəhbərləri də məlum olub. Adı çəkilən regionların əksəriyyətində "Vahid Rusiya" partiyasının namizədləri qalib gəlib.

Rusiya MSK Moskva şəhər Dumasına keçirilən seçkilərin ilkin nəticələrini də açıqlayıb. Seçki protokollarının artıq 99,47 faizinin sayıldığı bildirilib. 45 deputat kürsüsü uğrunda mübarizədə 26 yeri bitərəflər qazanıb. Kommunist Partiyası 14 yer, "Yabloko" və "Ədalətli Rusiya" partiyaları isə hərəsi 3 yer qazanıblar.(APA)
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az