Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Sen
2019
04:50
1440

10
Sen
04:50



Britaniya parlamentariləri ikinci dəfə Consonun erkən seçkilər keçirmək təklifini geri çevirib

Britaniya parlamentinin İcmalar palatası ikinci dəfə baş nazir Boris Consonun oktyabr ayında erkən parlament seçkiləri keçirmək təklifini rədd edib.

Xeberoxu.Az  “TASS” agentliyinə istinadən xəbər verir ki, parlament televiziyası tərəfindən də canlı yayımlanan səsvermə zamanı yalnız 293 qanunverici hökumət başçısının təşəbbüsünü dəstəkləyib ki, bu da tələb olunanlardan xeyli azdır. 46 deputat isə qarşı çıxıb.

“Müxalifət ölkənin AB-dən çıxmasının lehinə səs verənlərin rəyinə məhəl qoymadan “Brexit”i yenidən təxirə salmaq istəyir. O, ardıcıl ikinci dəfə xalqın ümumi seçkidə iştirak etmək hüququna qarşı çıxır. Əgər İcmalar palatası seçim edə bilmirsə, o zaman o heç kimə bunu etməyə imkan verməz”, - deyən Conson, səsvermədən sonra “Brexit” şərtləri ilə bağlı Brüssellə yeni müqavilə bağlamaq cəhdindən imtina etməyəcəyini bildirib.

Erkən seçkiləri təyin etmək üçün hökumət 434 deputatın – bütün İcmalar palatasının üçdə ikisinin dəstəyini almalı idi, bu isə ancaq müxalifətin dəstəyi ilə mümkündür. Ancaq digər müxalifət qüvvələri tərəfindən dəstəklənən Leyboristlər partiyası yalnız Consonun Avropa Birliyindən “Brexit”in təxirə salınmasını istəyəcəyi halda erkən seçkilərin lehinə səs vermək niyyətini ortaya qoyub. Baş nazir isə belə bir addımı atmayacağını vurğulayıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video







Altı yaşlı qız dəm qazından ölüb







İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"







Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az


SAYT HAQQINDA
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
KEÇİDLƏR
Ana səhifə
Haqqımızda
Reklam
Əlaqə
ƏLAQƏ
(012) 436-28-31

info@xeberoxu.az
SAYĞAC