Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Sen
2019
10:47
330

10
Sen
10:47




Gürcüstan parlamenti sədrinin Azərbaycana səfəri gözlənilir

“Azərbaycanla strateji əməkdaşlıq bizim üçün çox vacibdir. Mən bu əməkdaşlığın yüksək səviyyədə qorunub saxlanılması üçün əlimdən gələni edəcəyəm”.

Xeberoxu.Az xəbər verir ki,bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze APA-nın yerli bürosuna müsahibəsində deyib.

O bildirib ki, ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədi ilə Azərbaycana rəsmi səfər planlaşdırılır.

“Hazırda Gürcüstan parlamentinin gündəliyi çox məşğuldur. Biz seçki qanunvericiliyi sahəsində islahatlar həyata keçiririk və konstitusiyaya düzəliş edirik. Bu bütün ölkə ərazisində ictimai müzakirələrin keçirilməsini tələb edir. Bu səbəbdən qarşıdan gələn ay ərzində ölkə ərazisini tərk edə bilməyəcəyəm. Amma mənim ilk səfərim bizim əsas tərəfdaşımız olan ABŞ-a olub. Əlbəttə mən qonşu ölkələrə, o cümlədən Azərbaycana səfər planlaşdırıram. Azərbaycana səfərin dəqiq tarixi müəyyən edilməyib, amma əminliklə deyə bilərəm ki, səfər olacaq. Regional əməkdaşlıq Gürcüstan üçün çox vacibdir və biz bu regionun bir hissəsiyik. Qonşu ölkələrlə strateji əməkdaşlığın yüksək səviyyədə qorunub saxlanılması üçün əlimdən gələni edəcəyəm”, - deyə Arçil Talakvadze vurğulayıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az