10 Sen 2019
16:16
![]() |
10
Sen 16:16
![]() Azərbaycanda banklararası ödənişlər artır Bu ilin yanvar-iyul aylarında 152 milyard manat məbləğində banklararası ödənişlər edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz çoxdur. XeberOxu.Az-ın məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının infrastruktur nəzarəti şöbəsinin rəhbəri Tamerlan Rüstəmov mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu ilin ilk yeddi ayı ərzində 7,380 milyon ödəmə kartı buraxılıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 31,7 faiz çoxdur: “Plastik kartlar vasitəsilə keçirilmiş əməliyyatların həcmi 11,9 milyard manat təşkil edib, bunlardan 21 faizi nağdsız hesblaşmalar olub. Elektron ticarət əməliyyatlarının həcmi 5,9 dəfə artaraq 1,66 milyard manata çatıb”. T.Rüstəmov qeyd edib ki, Beynəlxalq Elektrik Rabitəsi İttifaqının statistikasına əsasən, 2018-ci ildə 100 nəfər 104 mobil telefon düşürdü: “Bu, onu ifadə edir ki, ölkədə mobil ödəmələr üçün infrastruktur mövcuddur. Təklif olunan “Visa Token” sistemi də mobil ödəmələrin inkişafında vacib rol oymayacaq”. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video
Altı yaşlı qız dəm qazından ölüb
İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"
Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |