Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Sen
2019
21:02
1182

10
Sen
21:02



Ən çox səyahət olunan şəhərlər - SİYAHI
“Mastercard” şirkəti dünyanın ən çox səyahət edilən şəhərləri və bu şəhərlərdə turistlərin xərcləri barədə ətraflı məlumatı özündə əks etdirən “Qlobal İstiqamətlər üzrə Şəhərlər İndeksi” (“Global Destinations Cities Index”) adlı hesabatını dərc edib.
Hesabata əsasən dünya üzrə gecələmə şərti ilə səyahət edənlərin sayı 2009-cu illə müqayisədə 2018-ci ildə 79% artıb. Ən çox turist axını isə Asiya-Sakit Okean regionunadır.
“Global Destination Cities Index” 200 şəhəri xarici turistlərin sayı və onların xərclədiyi vəsaitlərin məbləği üzrə sıralayır. Banqkok ardıcıl olaraq dördüncü ildir ki, turistlərin ən çox üz tutduğu şəhərlərin siyahısına liderlik edir.
Belə ki, 2018-ci ildə Tailandın paytaxtını 22,78 milyon turist ziyarət edib. 2019-cu ildə bu göstəricinin 3,34% artacağı proqnozlaşdırılır. Paris və London müvafiq olaraq ikinci və üçüncü pillələri tutublar. Hər iki şəhəri ötən il 19 milyondan çox insan ziyarət edib. Ən çox ziyarət olunan şəhərlərin siyahısında bütün şəhərlər üzrə turistlərin artımı müşahidə olunur. Bununla yanaşı, London onların arasında turist sayının ildən-ilə azaldığı yeganə şəhərdir. Böyük Britaniya paytaxtına turzim axınında hər il orta hesabla 4% azalma qeydə alınıb.
Turistlərin ən çox pul xərclədiyi şəhərlər siyahısına isə Dubay liderlik edir. 2018-ci ildə bu şəhərdə gecələmə şərti ilə qalan turistlər 30,83 milyard dollar, yaxud hər biri orta hesabla 553 dollar xərcləyiblər. Səudiyyə Ərəbistanın Məkkə şəhəri 20,09 milyard dollar ilə ikinci yerdə qərarlaşıb. Banqkok bu siyahıda üçüncü yerlə kifayətlənir – 20,03 milyard dollar.
GDCI 2019 hesabatına görə turist axını ən çox Asiya-Sakit Okean regionuna olub. Bu region üzrə artım 10 ildə 9.4%-ə bərabərdir. Avropaya turist axını 5.5% təşkil edir ki, bu da qitəni ən çox ziyarət olunanlar siyahısında ikinci edir.
Yenisabah.az
Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO







Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video







Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb







“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.