Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Sen
2019
03:30
570

11
Sen
03:30




Fransanın Strasburq şəhərində Azərbaycan icması ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Fransaya səfəri çərçivəsində Strasburq şəhərində Azərbaycan icması ilə görüş keçirilib.

Komitədən Xeberoxu.Az-a verilən məlumata görə, görüşdə Komitə sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor siyasəti, bu siyasətin həyata keçirilməsində xaricdə yaşayan azərbaycanlıların rolu, onların şəbəkələşməsinin əhəmiyyəti və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında fəal iştirak etmələrinin vacibliyindən danışıb.

Komitənin son bir ildə gördüyü işlərin əks olunduğu videorolik təqdim olunub, Azərbaycan icmalarının, diaspor təşkilatlarının və ayrı-ayrı şəxslərin Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət formaları barədə geniş izahat verilib.

Toplantıda bu gün dünyanın müxtəlif yerlərində, o cümlədən Fransadakı Koordinasiya Şuralarının fəaliyyətin mərkəzləşdirilməsindəki rolu, qarşıya çıxan çətinliklər barədə danışılıb, “Soydaşlar haqqında qanun”un qəbulu ilə bağlı dövlət orqanlarına müraciət olunduğu bildirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri soydaşlarımızın təkliflərini dinləyib, icmaların daha səmərəli işləmələri üçün geniş imkanlar yaradılması, xüsusilə azərbaycanlıların daha çox məskunlaşdığı yerlərdə yeni məktəblərin açılması ilə bağlı mövcud imkanlar müzakirə olunub.

Görüşdə Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələri də iştirak edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az