Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Sen
2019
10:21
822

11
Sen
10:21



"Səhərcağı" Beynəlxalq Muğam Mərkəzinin qonağı olub

Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı 3 gün ardıcıl olaraq “Səhərcağı” səhər efirini Beynəlxalq Muğam Mərkəzindən yayımlayıb.

XeberOxu.Az-ın məlumatına görə, üç gün müddətində, canlı efirdə ölkəmizin mədəni həyatının mənzərəsi paytaxtımızın gözəl memarlıq incilərindən biri olan həm də muğam sənətimizin qoruyucu missiyasını həyata keçirən Beynəlxalq Muğam Mərkəzinin binasından bütün dünyaya yayımlandı.

Verilişin qonağı olan görkəmli mədəniyyət və sənət adamları, xarici səfirliklərin nümayəndələri, ölkəmizdə qonaq olan sənət adamları Muğam Mərkəzin fəaliyyəti ilə bağlı müsbət fikirlərini, birgə əməkdaşlığın, burada keçirilən tədbirlərin, layihələrin yüksək səviyyəsindən məmnunluqlarını ifadə etdilər.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, professor, Xalq artsiti Murad Hüseynov da canlı efirin qonağı olub. “Mədəniyyət” kanalının aparıcıları onlara yaradılan şəraitə görə direktora dərin təşəkkürlərini ifadə ediblər. Murad Hüseynov öz növbəsində bildirib ki, Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı Beynəlxalq Muğam Mərkəzi ilə daim sıx əməkdaşlıq edir, burada təşkil edilən konsert və layihələri bütün dünyaya işıqlandırır. Daha sonra direktor mərkəzin yeni mövsümdəki fəaliyyəti ilə bağlı məlumatı diqqətə çatdırıb. Beynəlxalq Muğam Mərkəzinin qaynar fəaliyyəti və yeni mövsümdəki layihələri ilə bol məlumatlı efiri sizlərə təqdim edirik. Efiri bu linkdən izləyə bilərsiniz https://www.youtube.com/watch?v=YXsllr2Jys4

Qeyd edək ki, bu günə kimi Beynəlxalq Muğam Mərkəzi televiziya kanalları ilə birgə bir çox layihələrə imza atıb. İctimai Televiziya, Azərbaycan Televiziyası öz verilişlərini mərkəzdən birbaşa yayımlayıblar.

BMM bu ənənəyə sadiq qalaraq televiziyalarla birlikdə müxtəlif layihələri davam etdirməkdədir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az