Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



23 Sen
2019
18:22
1431

23
Sen
18:22



Gəncədə terror təşkil edənin ŞOK görüntüsü və yazışmaları - VİDEO
Mirşahin Ağayev 1 il əvvəl baş vermiş Gəncə hadisələri zamanı həbs olunanların həqiqi terrorçu olduqlarını sübut edən görüntüləri yayıb. 

Real TV-nin "Mir Şahinin vaxtı"nda terrorçu Rəşad Böyükkişiyevin sosial şəbəkədə yaydığı çağırışını və yazışmalarını əks etdirən kadrları təqdim edib:

"Diqqətlə baxaq və başa düşək ki, həmin gənclər kimin yanında olub o günlər. Kimin gizlənməsinə qaçıb aradan çıxmasına kömək edib. Bu adamın intonasiyasından anlayacaqsız ki, dövlətə necə nifrət edir. Ağalarının əmrini yerinə yetirmək üçün necə amadədir. Soyuqqanlı baxmağa çalışaq. Obyektiv olmağa çalışaq:

Bir də təqdim edirəm. Rəşad Böyükkişiyev. Terrorçu. Bu müraciəti o Gəncə İcra Hakimiyyəti qarşısındakı aksiyaya getməzdən əvvəl edib və polis zabitlərini qətlə yetirib.

Və bu müraciətdən sonra o niyyətini həyata keçirir. Sonrasını necə, bilirsiz? Yox yəqin ki, istintaq sirri ola bildiyindən bəzi mətləbləri açmıram. Amma məndə olan bəzi yazışmaları oxuyacam. Buyurun. Tanış olun. Rəşad Böyükkişiyev artıq öz mənhus niyyətini həyata keçirib. İki polis zabitini qətlə yetirib. Birini isə ağır yaralayıb. Baxın adam təəssüratlarını necə bölüşür:

10 iyul 2018-ci il: 

“Sən niyə gəlirsən ki, sənin başına dönüm? Onun yeri hardadı, neçə dənə itləri vurmuşam mən. Mənə bir dənə onun yerini deginən, onu götürüm, o mənə lazımdı!” “Mehribangilə də deginən. Vaqifgil zad da yığışsınlar getsinlər kəndə hamısı. Denən yığışsınlar getsinlər, kənddə qalsınlar bir iki üç gün”

“Hə neçə dənə itlərə soxdum ə. Bərk soxdume öz də desəm. Öldürdüm e.” Onun yazışdığı şəxsin cavabı belədir:

“Ə, bilirəm Həci! Qııraxdan çəkib quyubdu yutub-a. Tam düşmürsünüz, amma qıraxdan düşürsünüz. O qara paltarda olan sən döyülsən ki ə, böyürdən xançal çıxardır, şappaşap soxur”

Rəşad: “Hə... uje youtuba qoyublar?

Cavab: “Hə youtuba qoyublar Həci. Xəncəl böyürdən çıxanda hamısı da düşübdü, prosto yaxşı ki kürəyin kameraya düşübdü. Üzün düşməyib kameraya. Ə görüblər səni uşaqlar. O Xəyaldı zad, hamısı görüblər. Əligilnən danışıblar. Əli də deyib ə, bilmirəm, o buralarda yoxdur!”

Məqsədim bütün səs yazılarının stenoqramını çatdırmaq deyil. Sadəcə onu demək istəyirəm ki, bu səs yazıları mütəşəkkil bir cinayət əməlinin həyata keçirildiyini tam sübuta yetirir. Və... hörmətli məhkum, məhbus valideynləri üçün nə qədər ağır olsa da deyim ki, səs yazıları arasında, yəni Rəşada cavab verənlər arasında onların məsum hesab etdiyi bəzi balaların da səsi var. Ona görə də xahiş etmək istərdim ki, özlərini soyuqqanlı olmağa vadar etsinlər".

Xatırladaq ki, 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini,  polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər Kriminal xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az