RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



04 Iyul
2019
15:36
1200



Gənclər festivalının yeni “Ulduz səfirləri” Nadir və Elton oldu

21 iyul tarixində “Crystall Hall” da start götürəcək XV Avropa Yay Olimpiya Gənclər festivalına 2 həftədən bir qədər çox vaxt qalıb.

Gənclər və İdman Nazirliyindən XeberOxu.az-a  verilən məlumata görə, 4000 -ə yaxın idmançı, texniki heyət və digər qonaqların qatılacağı festival, 14-18 yaşlı yeniyetmələr arasında keçirilən və Avropada xüsusi maraqla izlənən idman yarışlarındandır.

Yarışların keçirilməsinə 3500 könüllü cəlb olunub və onlarla son təlimlər başa çatmaqdadır. Könüllülər Atletlər Kəndində, hava limanında, bütün idman məkanlarında müxtəlif funksiyaları yerinə yetirəcəklər. Yarışları izləməyə gələn turistlərə həm də ölkəmiz haqqında lazımi məlumatlar veriləcək.

Könüllülər həm də yaxın günlərdə “EYOF Bakı 2019” günü Gəncədə” adlı maraqlı konsert proqramı ilə tədbir keçirməyi planlaşdırırlar. Azərbaycan müsiqisi sənətçiləri Nadir Qafarzadə və Elton Hüseynəliyev “Könüllülərin ulduz səfiri” elan ediliblər. Qeyd edək bundan əvvəl Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Leyla Cəmil, Tofiq Hacıyev və məhşur aparıcı Hacı Nuran da Festival könüllülərinin “Ulduz səfirləri” elan olunublar. Onlar Festivala hazırlıq və yarışlar vaxtı ölkəmizin, idmanın, vətənpərvərliyin təbliği ilə könüllü olaraq məşğul olacaq və gənclərin tədbirlərində yaxından iştirak edəcəklər.

Azərbaycan həmişə olduğu kimi bu tədbirə də xüsusi maraqla hazırlaşır. Yalnız yerli mütəxəssislərdən ibarət əməliyyat qrupu bütün idman məkanlarının auditini keçirmiş, hazırda xırda təmir işlərini bitirməkdədir. Atletlər Kəndi tam hazır vəziyyətdədir. 12 yarış məkanı 21-27 iyul tarixlərində bütün idman sevərlərə qapılarını açacaqdır.

Qeyd edək ki, festivalda bütün idman yarışlarına biletlər pulsuzdur. Hər bir şəxs öz şəxsiyyət vəsiqəsi ilə 4 ədəd bilet əldə edə bilər. Bu hətta məktəbli şagirdlərə də şamil olunur. İdman müəllimləri isə əməliyyat komitəsinə müraciət etməklə coxlu sayda bilet ala bilərlər.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az