Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



16 Sen
2020
12:27
1464
16
Sen
12:27



Gənclər ictimai nəzarəti gücləndirəcəklər

Azərbaycan Respublikasının Prezidentinin ictimai nəzarərin gücləndirilməsi barədə çağırışına cavab olaraq, “Koronavirus Pandemiyası ilə Mübarizədə Gənclər Təşkilatlarının Rolunun Stimullaşdırılması” layihəsi çərçivəsində gənclər təşkilatlarından ibarət İctimai Nəzarət Qrupları yaradılıb.

Azərbaycan Gənclər Fondundan XeberOxu.Az-a verilən məlumata görə, fondun maliyyə dəstəyi ilə həyata keçirilən “Koronavirus Pandemiyası ilə Mübarizədə Gənclər Təşkilatlarının Rolunun Stimullaşdırılması” layihəsinin məqsədi ölkəmizdə yayılmış COVİD-19 virusu haqqında əhalinin maarifləndirilməsi, bununla da ölkə ərazimizdə yoluxma sayının minimuma endirilməsi və vətəndaşları narahat edən məsələlərin aradan qaldırılmasına dəstək olmaqdır.

Mərhələli şəkildə fəaliyyət göstərəcək olan Nəzarət qruplarının fəaliyyətində ilk olaraq pandemiya ilə əlaqədar təyin edilmiş qaydalara əməl edilməsi və əhalinin maarifləndirilməsi istiqamətində işlərin aparılacaq. Bu məqsədlə paytaxt Bakı və regionlarda 30 gənclər təşkilatı İctimai Nəzarət qrupları kimi fəaliyyətə cəlb olunması nəzərdə tutulub.

İctimai Nəzarət qrupları fəaliyyətləri zamanı gigiyenik vasitələrin (maska, əlcək, spirt) və virusla mübarizə üçün təbliğat materiallarının (flayer, buklet, stiker) paylanılmasında, vətəndaşları narahat edən məsələlərin təyin edilməsində yaxından iştirak edəcək. Seçilmiş ərazilərin yerli idarəetmə orqanları və təhlükəsizlik strukturları ilə əməkdaşlıq edilməsi planlaşdırılıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi







Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi







Goranboyda yük avtomobili yanıb







Bakıda bərbərxana yanıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.