CANLI
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Iyun
2019
19:00
1326

06
Iyun
19:00



General Zakir Həsənov yeni mərkəzin AÇILIŞINDA-VIDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir. İyunun 6-da Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin Komanda İdarəetmə Mərkəzinin yeni inzibati binasının açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Xeberoxu.az-a verilən məlumata görə, Mərkəzin fəaliyyəti və xidmətin təşkili ilə barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənova brifinq təqdim olunub. Məruzə olunub ki, Mərkəz yüksək texnologiyalı bütün kommunikasiya xətləri və digər zəruri avadanlıqlarla təchiz edilmiş inzibati və xidməti iş otaqlarından ibarətdir.

Komanda İdarəetmə Mərkəzinin əsas təyinatı bilavasitə tabelikdə olan qüvvə və vasitələrin dayanıqlı idarə edilməsi, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin olunması, qoşunlardan və qərargahlardan daxil olan məlumatların təhlil olunaraq yuxarı komandanlığa təqdim edilməsidir.

Hər bir istiqamət üzrə əməliyyat şəraiti optik-elektron müşahidə vasitələri ilə daim nəzarətdə saxlanılır, hava və suüstü şəraitə nəzarət isə qoşun növlərinin qüvvə və vasitələri ilə qarşılıqlı fəaliyyətdə fasiləsiz həyata keçirilir.

 

 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bu rayonların qaz təchizatında fasilə yaranacaq







Maqnit qasırğası xəbərdarlığı







Xarici işlər naziri ATƏT-in Baş Katibi ilə görüşüb







Bakı polisi təlimlərə cəlb olunur


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az