Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Okt
2019
01:20
330

02
Okt
01:20



Gömrük əməkdaşları üçün ixtisasartırma təlimlərinin qiymətləndirmə mərhələsi keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük orqanlarında çalışan əməkdaşlar üçün təşkil olunmuş ixtisasartırma təlimlərində iştirak edən növbəti qrupun biliklərinin qiymətləndirmə mərhələsi keçirilib.

Xeberoxu.Az-ın  məlumatına görə, təlimləri başa vuran 38 dinləyici ilə görüşən Akademiya rəisi Qulu Novruzov bildirib ki, bu dəfəki qiymətləndirmə sistem üzərindən, şəbəkə üzərindən həyata keçirilir, sualları əməkdaş deyil, sistem özü paylayır. "Bu imtahanın təşkili prosesində bizim atdığımız bir yenilikdir" - deyə o, qeyd edib.

Təlimlərin məqsədindən söz açan Akademiya rəisi gömrük əməkdaşlarının peşəkarlığının artırılması üçün təlimlərin daha mükəmməl, daha keyfiyyətli təşkil edildiyini deyib. Qulu Novruzov Akademiyada bu istiqamətdə görülən işlərdən bəhs edərək, Azərbaycana ötən həftə yeni gətirilən texniki nəzarət vasitələrindən "Body Scan" (B-Scan) aparatlarının rentgen görüntülərinin dəqiq və düzgün oxunması ilə bağlı Rusiya Federasiyasının Gömrük Akademiyasının Sankt-Peterburq filialının Gömrük işinin təşkili kafedrasının professorunun təlim keçdiyini diqqətə çatdırıb. Eyni zamanda, həmin avadanlıqları istehsal edən şirkətin mütəxəssisi tərəfindən Akademiyada təlimlərə başlanıldığını bildirib. Akademiyanın auditoriyalarında bir neçə qrup gömrük xidməti əməkdaşlarının peşəkar inkişaf kursları, ixtisasartırma təlimlərində iştirak etdiyini vurğulayan Akademiya rəisi qeyd edib ki, bu, Dövlət Gömrük Komitəsi tərəfindən Akademiyanın üzərinə qoyulan missiyadir.

Akademiya rəisi təlimlərin iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra təlimləri başa vuran dinləyicilərin biliklərinin qiymətləndirilmə mərhələsi keçirilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az