# EVDƏQAL
# EVDƏQAL



22 May
2020
05:08
1230

22
May
05:08



Goranboy sakininin döyülməsi ilə bağlı yayılan xəbərlər yanlışdır (VİDEO)

Sosial şəbəkələrdə Goranboy rayon Qızılhacılı qəsəbə sakini Verdiyev Arzu Vəli oğlunun icra başçısının birinci müavini Ceyhun Həsənov tərəfindən döyülməsi ilə bağlı xəbərlər yayılıb.

XeberOxu.Az-ın  məlumatına görə, həmin xəbərlərdə qeyd olunur ki, mayın 14-də Goranboy rayonu, Qızılhacılı qəsəbə sakinləri Arzu Verdiyev və Eldar Musayev örüş torpaqlarının kənar şəxslər tərəfindən qanunsuz zəbt edilməsi ilə əlaqədar şikayət üçün rayon İcra Hakimiyyətinə gəliblər. Lakin bu vaxt İcra hakimiyyətinin vəzifəli şəxsləri qəbul zamanı onları döyüb, Arzu Verdiyevi isə pəncərədən aşağı atıblar.

Araşdırmamız zamanı hadisə şahidləri belə bir halın baş vermədiyini, Arzu Verdiyev və Eldar Musayevin iddialarının əsassız olduğunu bildiriblər. Goranboyun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kəndinin bir qrup sakini redaksiyamıza müraciət edərək onların qanunu istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edildiyini bildiriblər.

Əldə etdiyimiz məlumata görə, rayonun Qızılhacılı qəsəbə və Aşağı Ballıqaya kənd sakinlərinin qanuni istifadələrində olan torpaq sahələrinin Arzu Verdiyev və Eldar Musayev tərəfindən qanunsuz zəbt edilməsi barədə müraciətləri üzrə hazırda Goranboy rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.