Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Iyul
2019
16:02
987

04
Iyul
16:02



Göyçayda yol qəzasında xəsarət alan iki gənc Bakıya göndərildi

Göyçay rayonunda avtomobilin aşması nəticəsində xəsarət alanlardan ikisi Bakıya gətirilib.

XeberOxu.az-ın məlumatına görə, hadisə nəticəsində ağır xəsarət alan Abdullayev Salam Əliyar oğlu və Əhmədov Elşən Mehman oğluna Göyçay Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilsə də, hər iki xəstə ailə üzvləri tərəfindən Bakıdakı özəl klinikalardan birinə gətirilib. Hadisə nəticəsində xəsarət alan digər yaralı Xudaverdiyev Mehdi Sədiyar oğlu isə Göyçay Rayon Mərkəzi Xəstəxanasında müalicəsini davam etdirir.

Xatırladaq ki, iyulun 3-də Göyçay rayonunun Alpout kəndi ərazisində hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yüksək sürət nəticəsində idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər - rayonun Qaraxıdır kənd sakinləri, 1995-ci il təvəllüdlü Abdullayev Salam Əliyar oğlu, 1995-ci il təvəllüdlü Əhmədov Elşən Mehman oğlu və 1995-ci il təvəllüdlü Xudaverdiyev Mehdi Sədiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdilər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az