Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





11 Fev
2019
16:06
375



Göygöl Milli Parkında "Təbiətin keşiyində" adlı eko-skaut düşərgəsi keçirildi

6-8 fevral tarixlərində IDEA İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Göygöl Milli Parkında "Təbiətin keşiyində" adlı növbəti eko-skaut düşərgəsi təşkil edilib.

"Təbiətin keşiyində" düşərgələrinin məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, endem flora və faunası barədə məlumatlandırmaq, təbiəti qorumaq, onlara təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən istirahəti təşviq etməkdir.

İctimai Birlikdən XeberOxu.az-a verilən məlumata görə, düşərgəyə 18-25 yaş arası ekoloji təhsili və ya bu sahədə təcrübəsi olan, həmçinin ekoloji fəallığı ilə seçilən 150 nəfərə yaxın gənc qoşulub.

Könüllü olaraq qoşulmuş gənclərin iştirakı ilə Göygöl Milli Parkının ərazisində eko-tur təşkil edilib. Gənclərə Göygöl Milli Parkının yaradılmasında əsas məqsəd, əraziyə xas olan və dünyaca məşhur meşə landşaftı, göl və onun ətrafında məskunlaşmış və adları Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş fauna növləri, gölün ekosistemi haqqında geniş məlumat verilib.

Gənclər üçün iki günlük düşərgə müddətində Azərbaycanın biomüxtəlifliyi və milli parkları mövzusunda təlim, o cümlədən təbiətdə olarkən çadırların qurulması, ilkin tibbi yardım, çölçülük üçün lazımi ləvazimatlar və təhlükəsiz geyimlər haqda seminar və praktiki təlimlər keçirilmişdir. Daha sonra, itirakçılar üçün müxtəlif ekoloji yarışlar və müsabiqələr keçirilib, həmçinin gənclər qlobal ətraf mühit problemləri üzrə fikir mübadilələri, ətraf mühitlə bağlı oyunlar, o cümlədən musiqili əyləncələrdə və s. iştirak ediblər.

Düşərgə zamanı iştirakçıların zəngin təbiəti və mənzərəsi ilə seçilən Göygöl və Maralgölə haykinqi təşkil edilib.

Düşərgənin sonunda iştirakçılara xatirə hədiyyələri və sertifikatlar təqdim edilib.

Qeyd edək ki, IDEA İctimai Birliyinin “Eko-skaut” layihəsinə 2017-ci ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. “Eko-skaut” layihəsi çərçivəsində ilk düşərgə isə ötən ilin may ayında Şirvan Milli Parkında, daha sonra Ağgöl Milli Parkında keçirilib.

Ekoloji maarifləndirmə, insan fəaliyyəti nəticəsində təbiətə vurulan ziyanın azaldılması və tədricən aradan qaldırılması, təbiətə münasibətdə etik davranışın formalaşdırılmasına töhfə verməsi baxımından “Təbiətin keşiyində” eko-skaut düşərgələrinin ölkəmizin digər milli parklarında da keçirilməsi planlaşdırılır.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcəklər







Suyunuz gəlməsə SMS alacaqsız-FOTO







Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi







Xatirə İslam: Bura şou-biznesdir, hərdən soyunmaq lazımdır -VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az