31 Iyul
2020
13:05
3043
31
Iyul
13:05



Göygöl sakininin evindən narkotik və sursat tapılıb -FOTO

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan XeberOxu.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Göygöl rayon sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Vüqar Cəfərov saxlanılıb. Onun rayonun Üçtəpə kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan əkilmiş və xüsusi qaydada qulluq edilmiş ümumilikdə 55 ədəd çətənə kolu, yaşayış evinin yataq otağından 6.02 qram qurudulmuş marixuana, 3.15 qram çətənə kollarına məxsus toxum, eyni zamanda 52 ədəd müxtəlif çaplı ov tüfənginə məxsus patron və 6 ədəd 7.62 kalibirli avtomat patronları aşkar aşkar olunaraq götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V.Cəfərov çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

Faktla bağlı Göygöl RPŞ-də araşdırma aparılır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Goranboyda qadın güllələnərək öldürülüb







Sumqayıtda "LADA" yanıb







Bakıda çoxmərtəbəli binada yanğın olub







Quba-Xaçmaz yolunda baş verən qəzada 3 nəfər xəsarət alıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.