Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Iyun
2019
03:30
645

05
Iyun
03:30



Güləşçimiz erməni rəqibinə qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb

Azərbaycan güləşçisi Zaur Əliyev İspaniyanın Pontevedra şəhərində keçirilən gənc güləşçilər arasında Avropa çempionatında bürünc medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından XeberOxu.Az-a verilən məlumata görə, çempionatında 55 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz turnirə iddialı başlayıb. Güləşçimiz ilk görüşdə Bolqarıstan idmançısına birinci hissə başa çatmadan qalib gəlib. Z.Əliyev növbəti görüşü də vaxtından əvvəl qələbə ilə başa vurub. Təmsilçimiz dörddəbir finalda Danimarka təmsilçisinə gücünü göstərərək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Gürcüstan təmsilçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Həmyerlimiz hesabda öndə olsa da, son dəqiqədə müdafiədə buraxdığı səhv ucbatından görüşdən məğlub ayrılıb.

Z.Əliyev bürünc medal uğrunda prinsipial qarşılaşmada Ermənistan güləşçisi ilə üz-üzə gəlib. Rəqibini məğlub edən güləşçimiz Avropa çempionatının bürünc medalına sahib olub. İdmançımız bu qələbə sayəsində qitə birinciliyində komandamızın aktivinə ilk medalı yazdırıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az