# EVDƏQAL
# EVDƏQAL



02 May
2020
13:02
7245

02
May
13:02



Günay Brilliantla küsülülüyündən danışdı - FOTO

“Sənət yoldaşlarımla münasibətlərim yaxşıdır. Söz-söhbət yayılıb ki, guya Brilliant Dadaşova ilə incikliyim var. Bu, əsla belə deyil”.

XeberOxu.Az xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli “Xəzər TV”də yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.

Sənətçi son günlər saytların manşet xəbərinə çevrilən “Xalq artisti Brilliant Dadaşova ilə küsülüdürlər” iddialarını yalanlayaraq, bunların dedi-qodu olduğunu diqqətə çatdırıb:

“Brilliant xanımla münasibətlərimiz yaxşıdır. Bir neçə gün əvvəl karantinlə əlaqədar dövlət tərəfindən sənətçilərin iştirakı ilə videoçarx lentə alınıb. Orada Xalq artistləri var idi. Bu xəbərlər orada çəkilən kadrlardan sonra yayıldı. Bəzi insanlar yenə də əsası olmayan şayiələr yayırlar ki, guya biz küsülüyük. Amma belə deyil. Biz birlikdə gedib səsyazma studiyasında mahnı yazdırdıq. Tezliklə bütün telekanallarda həmin klip yayımlanacaq”.

Qeyd edək ki, Yeni il çəkilişlərinin birində Xalq artisti Brilliant Dadaşova həmkarları ilə birlikdə foto çəkdirərək, sosial media hesabında yayımlamışdı. O, fotoda yer alan müğənni Günay İbrahimlinin üzünü bağlamışdı. Beləcə, B.Dadaşova G.İbrahimli ilə aralarında soyuq küləklərin əsdiyinə işarə vurmuşdu.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda itləri döyüşürüb bir-birinə yedirirlər - DİN məsələyə qarışdı







Təhqiqatçılara yeni hüquqlar verilir - YENİLİK







“McDonald’s Azərbaycan”dan karantində olan insanlara dəstək - Video







Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı


Digər Şou-biznes xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.